Qəfil hərəkət edən liftin çardağında ilişib qalan körpə ölüb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, dəhşətli hadisə Tekirdağda baş verib.
Evdən çıxmağa hazırlaşan qadın uşağını liftə qoyarkən lift qapısı bağlanmadan anidən yuxarıya doğru hərəkət etməyə başlayıb. Uşaq arabasında olan 2 aylıq körpə liftlə tavan arasında qalıb, daha sonra isə 6 metr yüksəklikdən boşluğa düşüb.
Bütün müdaxilələrə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.
Dəhşətli anlar kameralarda düşüb.
Ayşən