AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətində yaşayan və iki dəfə xərçəngə qalib gələn Leyla Sərt yaşadıqlarını dilə gətirib.
İlk dəfə sinə ağrısı şikayəti ilə xəstəxanaya gedən Leylaya müayinə və analizdən sonra hər iki döşündə kistaların olduğu, bunların xərçəng riski altında olduğu deyilib. Həkimlər qadına 1 il ərzində müayinəyə gəlməsinin lazım olduğunu bildirilib.
Bunlara baxmayaraq həkimə getməyən Sertə yenidən xəstəxanaya getdiyi zaman döş xərçəngi diaqnozu qoyulub. Sol döşündəki xərçəngli kütlə limfa düyünlərinə yayıldığı üçün Sertin xəstəliyinin son mərhələdə olduğu müəyyən edilib.
Həkimlərinin 4-5 aylıq ömrünün qaldığını bildirən Sertin sol döşü əməliyyatla çıxarılıb. 6 aylıq kimyaterapiya müalicəsi ilə xərçəngə qalib gələn Sert xəstəliyi 6 il sonra yenidən təkrarlanıb.
2015-ci ildə bir daha qadına döş xərçəngi diaqnozu qoyulub. Leyla erkən diaqnoz və müalicədən sonra bir daha xərçəngə qalib gəlib.
Xərçəngi iki dəfə məğlub edən Leyla Sərt yaşadıqlarını belə xatırlayıb: Xərçəng xəbərini eşidəndə yaşadığı şokdan çıxa bilmədi. İlk növbədə ailəmi düşündüm. Xəstəliyə necə qalib gəlməsinin sirrinin isə həyat sevinci olduğunu bildirib.
Sevdiyi yeməkləri və qazlı içkiləri həyatından sildiyini ifadə edən Sert, həyatdan möhkəm yapışdığını bildirib: "Xəstəliyinizi heç vaxt qucaqlamayın. Hazır qidalardan, stressdən, sizə öləcəkmiş kimi baxan insanlardan uzaq durun. Şəkər və qazlı içkilərdən əl çəkin. Mən gündə 7,5 litr kola içirdim. Sevdiyim hər şeyi buraxdım, amma həyatdan əl çəkmədim. Bununla da xərçəngi iki dəfə məğlub etdim".
Günel