2 gün itkin düşən adam yatmış vəziyyətdə tapıldı

2 gün itkin düşən adam yatmış vəziyyətdə tapıldı
DÜNYA
18:28 23.05.2024
162
Qarğıdalı tarlasına getmək adı ilə evdən çıxan şəxs 2 gün sonra 5 kilometr aralıda yerləşən tarlada yatarkən tapılıb. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana bölgəsində baş verib. 

29 yaşlı Adem adlı şəxs tarlada işləyərkən spirtli içki qəbul etdiyini və təsirindən hara getdiyini bilmədiyini bildirib.

Belə ki, Adəmdən bixəbər yaxınları vəziyyəti polisə xəbər verib. 

Xilasetmə qrupları təlim keçmiş itlərlə bölgədə axtarış işlərinə başlayıb.

Təxminən 1,5 kilometr ərazidə aparılan axtarışlar zamanı Ademi tapmaq mümkün olmayıb. 

Axtarışa davam edən polislər Adəmi ərazidən 5 kilometr aralıda tarlada yatarkən tapıb.
OXŞAR XƏBƏRLƏR