Ona 2 milyon dollar ianə edən ən sadiq izləyicisi ilə ilk dəfə üz-üzə görüşən fenomen həyatının şokunu yaşayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Alis Rozenblumun izləyicisi ilə ilk görüşü qalmaqalla nəticələnib.
Məlumata görə, uzun müddətdir fenomenə maddi dəstək göstərən izləyici görüş zamanı fonomenə xarici görünüşü barədə təhqiredici fikirlər səsləndirib. Onun "Gerçək həyatda daha kök görünürsən” dediyi iddia olunub.
Bundan sonra həmin şəxs fenomenin qoluna toxunmağa çalışıb. Alisa isə sərt reaksiya verərək ətrafdakılardan kömək istəyib və polis çağıracağını bildirib.
Hadisənin böyüməsi ilə məkanın təhlükəsizlik əməkdaşları müdaxilə edərək şəxsi ərazidən uzaqlaşdırıblar.











































