2 milyon dollarlıq Şaxta Baba

DÜNYA
11:51 30.12.2012
4646

Şaxta Babanın daşınan və daşınmaz əmlakı təqribən 2 milyon 432 min dəyərində qiymətləndirilib.AZXEBER.COM-un İnterfax-a istinadən verdiyi xəbərə görə, hesabat Rusiyanın Əmlakın İnkişafı və Araşdırma Agentliyinin mütəxəssisləri tərəfindən hazırlanıb.Agentlikdən verilən məlumata görə, qiymətləndirmədə məqsəd idarə qərarlarının qəbulu üçün obyektlərin bazar dəyərini müəyyən etməkdir.Məlumatda bildirilir ki, Şaxta Babanın daşınmaz əmlakının dəyərinə 48 yerlik mehmanxana, 150 nəfərlik kafe, kotteclər, sauna, hovuz, oyun meydançaları və s. daxildir. Bundan əlavə, qiymətə daşınan əmlak, xüsusilə də qoşqulu at (3 ədəd), kirşə, məxməri kürk, məxməri papaq, sehrli əsa, torba daxildir.

OXŞAR XƏBƏRLƏR