2 nəfərin “tok” vurduğu obyektin sahibi “Qozbel İman” kimdir? - DOSYESİ

2 nəfərin “tok” vurduğu obyektin sahibi “Qozbel İman” kimdir? - DOSYESİ
SOSİAL
13:52 11.07.2017
11298
 
İsmayıllıda iki nəfərin faciəvi şəkildə öldüyü "Green House” istirahət mərkəzinin sahibi ilə bağlı maraqlı faktlar üzə çıxıb. 
 
Mətbuatda faciə baş verən məkanın iş adamı, "qozbel İman” ləqəbi ilə tanınan İman Quliyevə məxsus olmasıyla bağlı yazı tirajlanıb. Bildirilir ki,  "Green House” istirahət mərkəzi "Nyu Sfera-Turizm” MMC-yə məxsusdur. "Nyu Sfera-Turizm” şirkəti "Nyu Sfera” şirkətlər qrupuna daxildir. 

Şirkətlər qrupunun prezidenti İman Quliyevdir. 

AZXEBER.COM xəbər verir ki, bakuPost.az-ın kiçik araşdırması ilə el arasında "Qozbel İman” kimi tanınan biznesmenin əslində mətbuatda kifayət qədər tanınan şəxs olduğu məlum olub.
 
Belə ki, Qozbel İman” kifayət qədər qalmaqallı və mətbuatın tanıdığı adamdır.

O, "Xalqlar Dostluğu” yarmarkasının sahibidir. 

Bir müddət əvvəl onun "Romance palace” şadlıq evi, "Şərq Saray”  restoranını satışa çıxardığı xəbəri yayılmışdı. Onun Xətai və Nizami rayonlarının ərazisində çoxsaylı ticarət obyektlərinin olduğu deyilir. 

Bundan əlavə, İ.Quliyev "MTN çetesi”nin toruna da düşmüşdü. Onun Xətai rayonu, İnqilab İsmayılov küçəsi 4, 5, 6 saylı binaların həyətində yerləşən, təqribən 60 sot yaşıllıq zonanın məhv olunması və torpağın ələ keçirilməsi MTN dəstəsi tərəfindən saxlanması ilə nəticələnmişdi.  

İş adamı rəsmi olaraq 19 min 200 manat cərimələnmişdi. Musavat.com isə o zaman yazmışdı ki, "qozbel İman”ı bir neçə dəfə MTN-ə aparıb, pulunu alıb buraxıblar. 

Ancaq o zaman İmanın "MTN işi” istintaqından yayınmasının bir səbəbi kimi yüksək rütbəli məmurlarla qohumluq əlaqəsinin olması göstərilirdi.

Xatırladaq ki, İsmayıllıdakı hadisə zamanı Bakı şəhər Binəqədi rayon sakini, 1984-cü il təvəllüdlü Emin Zakir oğlu Adıgözəlov , Abşeron rayonu Xırdalan qəsəbə sakini, 1979-cu il təvəllüdlü Gülhüseyn Xaliqverdi oğlu Quliyev dünyasını dəyişib.

Zaqatala rayon sakini 1981-ci il təvəllüdlü Eltəkin Məhəddin oğlu Ömərov və Bakı şəhəri Nizami rayon sakini, 1986-cı il təvəllüdlü Zakir Mahir oğlu Əliyev isə xəstəxanaya çatdırılıb. 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
01:56 15.08.2026
Mərkəzi Asiyanı qaranlıq bürüdü: Dörd ölkədə elektrik kəsildi
Hörmüzün açılması üçün şərtləri açıqladı
01:21 15.08.2026
Hörmüzün açılması üçün şərtləri açıqladı
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
00:54 15.08.2026
"Tezliklə Hörmüzü ABŞ ərazisi elan edəcəm" - Tramp
Özünü hər sahədə göstərə bilən bürclər
00:42 15.08.2026
Özünü hər sahədə göstərə bilən bürclər
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
00:38 15.08.2026
Kriştianu Ronaldu və Corcina Rodriqesin nikah müqaviləsinin detalları açıqlanıb
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
00:30 15.08.2026
Elektrikli avtomobilini evdə şarj edənlər diqqət: Artıq pul ödəyə bilərsiniz
"Avroviziya"nın qaydaları dəyişdirildi
00:26 15.08.2026
"Avroviziya"nın qaydaları dəyişdirildi
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
00:20 15.08.2026
"O qədər bərbad vəziyyətdədir ki, evdən yeddi ilan çıxıb" - Neft milyonçusunun Mərdəkandakı mülkü baxımsız halda - VİDEO
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
00:06 15.08.2026
FHN: Hovuzda ayağı su nasosunda sıxılı vəziyyətdə qalan uşağın həyatını xilas etmək mümkün olmayıb
Bürclər bu günə nə deyir?
00:04 15.08.2026
Bürclər bu günə nə deyir?
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
23:52 14.08.2026
Bu ixtisasları seçənlər 4 ildən sonra peşman ola bilər
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
23:46 14.08.2026
Hamıya eyni vaxtda bildiriş gələcək - TƏHLÜKƏ VAR
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
23:36 14.08.2026
Qarpızı çörək və pendirlə yemək zərərlidirmi? - Qida eksperti açıqladı
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
23:26 14.08.2026
Tünzalə Ağayeva - “Ürəyim tək sənin üçün döyünür hər dəfə...” - Foto
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
23:16 14.08.2026
Bakıda məktəb sahibinə icarə haqqı niyə ödənilmir? - ŞİKAYƏT - VİDEO
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır
23:06 14.08.2026
Batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edildi - 4-ü uşaqdır