Tərtərdə polis mayoru bıçaqlanıb.
AZXEBER.COM baku.ws-ə istinadən xəbər verir ki, hadisə dekabrın 26-da, saat 19 radələrində, Burunc kəndində qeydə alınıb.
Kənd sakini 1973-cü il təvəllüdlü Seyhun Mürşüd oğlu Nəcəfov sərxoş qardaşı Arif Nəcəfovla mübahisə edib.
Məlumatı dəqiqləşdirmək üçün əraziyə polis mayoru Elçin İslam oğlu Aslanov bıçaqlanıb.
Polisə 5 bıçaq zərbəsi vurublar və onu xidmət başında öldürməyə cəhd ediblər.
Faktla bağlı Cinayət məcəlləsinin 29, 120,2.3-cü maddəsilə cinayət işi başlanıb.
Hadisəni törətməkdə şübhəli bilinən Seyhun Mürşüd oğlu Nəcəfov şübhəli şəxs qismində tutulub.