2 qardaşın şah damarını kəsdi, sonra... - Azərbaycanda baş verən olayın dəhşətli təfərrüatı

2 qardaşın şah damarını kəsdi, sonra... - Azərbaycanda baş verən olayın dəhşətli təfərrüatı
SOSİAL
21:38 30.11.2018
8493
Dünən Şəmkir rayonunda baş vermiş qətl hadisəsinin təfərrüatları üzə çıxıb.

Rayonun Qapanlı kəndində mağaza işlədən iki qardaşa hücum edən 1990-cı il təvəllüdlü Nurəddin Bayram oğlu Əsədoğlu əvvəllər də məhkumluq həyatı yaşayıb. Bildirilir ki, Nurəddin Əsədoğlu dünən Qapanlı kənd sakini - 1986-cı il təvəllüdlü Eşqin Əli oğlu Əmiraslanovun evin qarşısında işlətdiyi ərzaq mağazasına gəlib. O, Eşqindən spirtli içki və digər ərzaq malları verməsini tələb edib. Mağaza sahibi isə Nurəddinin onlara aldığı mallar qarşılığında xeyli borcu olduğunu, heç olmasa bu dəfə götürdüklərinin pulunu verməsini deyib. Lakin N.Əsədoğlu bununla razılaşmayıb və mübahisə etməyə başlayıb. Eşqin və ona kömək edən qardaşı, 1989-cu il təvəllüdlü İbrahim Əli oğlu Əmiraslanov isə həmin şəxsə istədiyi ərzaqları verməyəcəklərini deyiblər. Bundan əsəbiləşən 28 yaşlı Nurəddin mağazanı dağıtmağa, vitrinləri qırıb yerə tökməyə başlayıb. İki qardaş onu tutaraq mağazadan çıxarmaq istəsə də, gənc oğlan üstündəki bıçaqla onlara hücum edib. O, eşqinə 7, İbrahimə isə 2 bıçaq zərbəsi endirib. Maraqlıdır ki, N.Əsədoğlu iki qardaşı öldürməkdə isirarlı olub və hər iki şəxsin boynundakı şah damarı kəsib. Çoxlu qan itirən E.Əmiraslanov hadisə yerində ölüb, onun qardaşı isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Həkimlər 29 yaşlı İbrahimin vəziyyətinin hələ də çox ağır olduğunu bildirirlər.

N.Əsədoğlu hadisə yerindən qaçsa da, polis onu yaxalayaraq istintaqa təhvil verib.

Məlumata görə, qətlə yetirilən E.Əmiraslanovun atası 4 il əvvəl xəstəlikdən vəfat edib. Onun anası da xroniki xəstəlikdən əziyyət çəkir.
 
///Publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı