“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.
Cəmiyyətin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində yeni çəkilmiş 500 mm diametrli magistral xəttin şəbəkəyə birləşdirilməsi işləri aparılır.Bununla əlaqədar bu gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə, Vaqif prospekti, S.Vurğun, Xan Şuşinski, M.Qaşqay, C.Hacıbəyli, F.X.Xoyski küçələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.