2 uşaq dərmandan, 2 nəfər isə spirtli içkidən zəhərləndi

2 uşaq dərmandan, 2 nəfər isə spirtli içkidən zəhərləndi
SOSİAL
13:10 28.06.2017
922
"Bayram günlərində (iyunun 25-dən 28-dək) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 5 müraciət daxil olub".
Bu barədə report-a Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib.

Onun sözlərinə görə, müraciət edən şəxslərdən bir nəfəri ilan sancıb: "Daxil olanlardan ikisi uşaqdır, onlar da dərmandan zəhərlənmə ilə müraciət ediblər"

A.Maqsudov qeyd edib ki, Mərkəzə daha 2 nəfər sərxoş adam gətirilib: "Onlar spirtli içkidən zəhərləniblər".

Şöbə müdiri vurğulayıb ki, daxil olan xəstələrdən 2-si xəstəxanaya qəbul edilib.
OXŞAR XƏBƏRLƏR