“2 övladımızı pulsuzluqdan itirmişik” - Nadir

MAQAZİN
14:18 20.05.2019
3277
ARB TV-nin "Boş anlar" proqramının növbəti qonağı müğənni Nadir Qafarzadə olub.

AZXEBER.COM bildirir ki, ifaçı maddi sıxıntıları ucbatından 2 övladını itirdiyini deyib:

"Aclıqla sınağa çəkildiyim zamanlar olub. 2 övladımızı itirdik. 1 qız və 1 oğlan. Vaxtında və düzgün qidalanmamaqdan, pulsuzluqdan, həkimə gedə bilməməkdən olub. O vaxt yoldaşımla elə bilirdik ki, problemimiz var. Hətta ayrılmaq fikrimiz vardı. Fikirləşirdik ki, bəlkə həyatımızı başqa-başqa adamlarla qursaq, övladımız olar. Amma mən yoldaşıma dedim ki, biz ailə quranda səninlə müqavilə bağlamamışdıq ki, sənin övladın olarsa, yaşayarıq, olmazsa, boşanarıq".

OXŞAR XƏBƏRLƏR