2 yaşlı Kənan 5-ci mərtəbədən yıxıldı - Mingəçevirdə faciəvi hadisə

2 yaşlı Kənan 5-ci mərtəbədən yıxıldı - Mingəçevirdə faciəvi hadisə
SOSİAL
16:29 18.09.2017
1082
Mingəçevir şəhərində 2 yaşlı körpə doqquzmərtəbəli binanın beşinci mərtəbəsindən yıxılıb.

Hadisə sentyabrın 17-də şəhərin məcburi köçkün şəhərciyində baş verib.

Belə ki, ailəsi ilə birlikdə Bakıdan Mingəçevirə qonaq gəlmiş 2015-ci il təvəllüdlü Bakı sakini Balayev Kənan Emin oğlu beşinci mərtəbədən yıxılaraq xəsarət alıb. Xəstəxanaya yerləşdirilən körpə bu gün orada ölüb. 

Faktla bağlı araşdırma aparılır.
 
///report
OXŞAR XƏBƏRLƏR