Kahramanmaraş mərkəzli zəlzələlərdə çox sayda binanın dağıldığı Hatayda axtarış-xilasetmə işlərindən bir xoş xəbər gəlib.
AZXEBER.COM xəbər verir ki, bir binanın dağıntıları altında seysmik monitorinq aparan qruplar zəlzələdən 92 saat sonra 2 yaşlı körpəni xilas edə bilib. Körpə alqış sədaları ilə təcili yardıma təhvil verilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.
Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.
Ayşən