2 yaşlı körpənin burnundan müxtəlif cismlər çıxdı - VİDEO
09:00 26.02.2013
1462
Türkiyə Qaziantep vilayətinin Nizib rayonunda nəfəs darlığı şikayəti ilə xəstəxanaya aparılan 2 yaşlı qızın burnunda müəyyən edilən cismlər cərrahi müdaxilə ilə çıxarılıb. Məlumata görə, 2 yaşlı Ayşənur Almazın burnundan fısdıq qabığı, nazik məftil və kağız parçaları çıxarılıb. Əməliyyat barədə jurnalistlərə açıqlama verən həkim şoka düşdüklərini, belə bir mənzərə ilə ilk dəfə qarşılaşdıqlarını deyib.“Xəstəmizin ümumi vəziyyəti yaxşıdır. Mən bu məsələdə ailələri diqqətli olmağa və bu kimi hallarda vaxt itirmədən səhiyyə quruluşlrına müraciət etməyə çağırıram. Belə hallarda uşaqlarda nəfəs darlığı, burun tıxanması və iltihab kimi narahatlıqlar yarana bilər” – deyə həkim qeyd edib.