2 yaşlı oğluna nəşə çəkdirdi - FOTO- VİDEO

DÜNYA
12:34 12.04.2014
2740
Valideynlərin səhlənkarlığı yolverilməzdir. Amma valideyn tərbiyəsizdirsə, üstəlik də övladını çox pis, təhlükəli işə sövq edirsə, beləsi mütləq şəkildə cəzalanmalıdır.
 
ABŞ-da bir ata 2 yaşlı oğluna içində nəşə olan siqaret verib. Uşaq nəşəni çəkərkən o, bu prosesdən həzz alıb və videonu da Vine servisində yayıb.
Twitter-in videoservisi olan Vine-da "Chief Smokes" niki ilə qeydiyyatdan keçmiş şəxsin çəkdiyi bu video 39 min dəfə retvit olunub, Vine-da isə 6800 nəfər tərəfindən paylaşılıb.
 
Şərhlərin tam əksəriyyətində video pislənir, görüntünü çəkən adamın məsuliyyətə cəlb olunması tələb edilir.
Nəşə çəkən uşaqla bağlı polis araşdırmalara başlayıb. Övladına marixuana verən və onu nəşəyə dadandıran ata axtarılır.
İlkin məlumatlara görə, onun kimliyi artıq müəyyənləşdirilib.
 
Həmin şəxsin ABŞ-ın Kaliforniya ştatında yaşadığı vurğulanır.(milli.az)
OXŞAR XƏBƏRLƏR