2 yaşlı qızı zorlayıb kanala atdı - Azərbaycanda dəhşətli qətl

2 yaşlı qızı zorlayıb kanala atdı - Azərbaycanda dəhşətli qətl
SOSİAL
16:50 03.10.2018
5446
2 yaşlı uşağı zorlayaraq öldürən şəxs Ali Məhkəməyə kassasiya şikayəti verib.

AZXEBER.COM ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan Ramil İsrafilov çəkilməmiş cəzasının azaldılmasını istəyir.

Xatırladaq ki, 2013-cü ilin iyun ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 yaşlı uşağı zorlayaraq qətlə yetirən 1995-ci il təvəllüdlü Masallı rayon sakini Ramil İsrafilov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Ramil İsrafilov Cinayət Məcəlləsinin 150.3.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham edilib.
İttihama görə, 2012-ci il iyulun 16-də Masallı rayonunun Lürən kəndində dəhşətli qətl hadisəsi törədilib. 2 yaş yarımlıq Nuray Ağayeva yaxın qohumu və qonşusu 17 yaşlı Ramil İsrafilov tərəfindən xususi amansızlıqla qətlə yetirilib.

Ramil İsrafilov 2 yaşlı qızla əvvəlcə cinsi əlaqədə olub və daha sonra qızı boğaraq qətlə yetirib. O, qızı qətlə yetirəndən sonra "Viləşçay" su kanalının Masallı rayonunun Lürən kəndinin kənarından keçən hissəsində kanala atıb. Hadisədən iki saat sonra kənd sakinləri azyaşlı qızı "Viləşçay" kanalının kənddən keçən ərazisindəki çöllükdə aşkarlayıblar.

Rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən rayonun Lürən kənd sakini 1995-ci il təvəllüdlü Ramil İsrafilov tutularaq istintaqa cəlb olunub.
İstintaqla müəyyən edilib ki, Ramil İsrafilov qonşusu Nuray Ağayevanı kəndin kənarına apararaq onunla qeyri-təbii yolla cinsi əlaqədə olduqdan sonra ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək boğub və yaxınlıqdan keçən su kanalına atıb. Dindirmə zamanı Ramil İsrafilov törətdiyi əməlləri tam etiraf edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
07:39 09.07.2025
Doğuş zamanı ölən ana ilə bağlı daha bir AÇIQLAMA
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
05:35 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir