2 yaşlı uşaq avtomobildə unudularaq həyatını itirdi

DÜNYA
13:01 21.02.2025
298
Braziliyada 2 yaşlı uşağı məktəbə aparmaqla məsul olan Flaviane Lima uşağı 4 saat qapalı avtomobildə unudub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, nəqliyyat vasitəsinin temperaturu 60 dərəcəyə qalxıb, uşaq bu səbəbdən ölüb.
 
Faciəvi hadisə fevralın 18-də Qoaio şəhərində baş verib.
 
Huşunu itirmiş uşaq qısa müddətdə xəstəxanaya çatdırılsa da, edilən bütün müdaxilələrə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.
 
Uşaq bağçasının sahibi həbs olunub.
 
Hadisə ilə bağlı araşdırmalar başladılıb.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR