20 günün gəlininə vəhşicəsinə divan tutuldu - TƏFƏRRÜAT

DÜNYA
00:18 27.06.2013
5845

Dilan aşiqdi. Amma zorla ərə verildi.

Gerçəyi ərinə deyəndə adətlər dövrəyə girdi və əri onu qətlə yetirdi. Ailəsi də bu cinayəti seyr etdi. Milli.Az AHT-yə istinadən bildirir ki, Türkiyənin Ağrı vilayətində 20 gün əvvəl toyu olmuş 18 yaşlıDilan Doğanın törə cinayətinə qurban olduğu bəlli olub. Onu 23 yaşlı əriSelcuk Doğanqətlə yetirib. Doğan ilə xalasıqızı Dilan ötən il nişanlanmışdılar. Dilan başqa gənci sevirdi, amma ailəsinin qərarına qarşı çıxmağa cürət etmədi. Dilan sevgilisinin olduğunu Selcuka dedi, amma o, eyninə almadı. 20 gün əvvəl Selcukla Dilanın toyu oldu. Zifaf gecəsi isə Dilan əri Doğanla yatağa girməkdən boyun qaçırıb. Selcuk durumu ailəsinə deyib, onlar da gəlinin valideynlərinə: "Qızınız başqa oğlanı sevirmiş, gəlin zibilinizi aparın", - söyləyiblər. Dilanın ailəsi qızı geri qəbul etməyəcəklərini bildirəndə Doğan ailəsi gəlini öldürməyə qərar verib. Selcuk Doğan 18 yaşlı arvadını bıçaqlayaraq qətlə yetirib. Bunu təzə bəyin atası, 60 yaşlıMehmet Salih Doğan, Selcukun anası, 54 yaşlıZahide Doğanvə böyük qardaşı, 25 yaşlıSebih Doğansaniyə-saniyə izləyiblər. Ailənin kişiləri cəsədi maşına qoyub kənd kənarındakı dərəyə atıblar, Zahidə Doğan da evdəki qan ləkələrini yuyaraq təmizləyib.

OXŞAR XƏBƏRLƏR