20 il Rusiyadan Ermənistana, oradan da Qarabağa gizli silah daşınıb - Siyahı

SİYASƏT
23:14 18.02.2025
277
2001-ci ilin əvvəllərindən 2021-ci il mayın sonlarınadək olan müddət ərzində Rusiyadan gizli üsullarla Ermənistana, oradan isə Ermənistanın hərbi təcavüzü nəticəsində əvvəllər işğal altında olmuş Azərbaycan ərazilərinə gətirilən silahların siyahısı açıqlanıb.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Bakıda separatçıların keçirilən məhkəməsində məlumat verilib.

Qeyd olunub ki, bu silahlar Azərbaycan ərazilərində qanunsuz olaraq qurulmuş mühəndis-istehkam mövqelərinə yerləşdirilməklə ölkəmizə qarşı təcavüzkar müharibədə istifadə edilib.

Söhbət "İsgəndər-M” əməliyyat-taktiki təyinatlı ballistik raket, "Toçka-U” taktiki raket kompleksi, "9K33 OSA” özüyeriyən zenit raket kompleksi, "S-8” idarə olunmaz təyyarə raketi, "Smerç”, "TOS-1A Solntsepek” sistemləri, "İqla-S” zenit-raket kompleksləri, tank əleyhinə idarəolunan "Konkurs” və "Kornet” raketləri, "RPQ-26” qumbaraatanları və digər iriçaplı odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğulardan gedir.
OXŞAR XƏBƏRLƏR