20 ildən sonra ilk - Elektron cihazlar xarab ola, internet kəsilə bilər

20 ildən sonra ilk - Elektron cihazlar xarab ola, internet kəsilə bilər
DÜNYA
14:43 10.05.2024
200
Dünyada təxminən 20 ildə ilk dəfə elektron cihazlar və internetlə bağlı həyəcan siqnalı verilib.
 
AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, ABŞ-dəki Milli Okean və Atmosfer Administrasiyası (NOAA) cümə axşamı günü axşam saatlarında şiddətli (G4) geomaqnit fırtınasının olacağı barədə xəbər dərc edib.

2005-ci ilin yanvarından bəri ilk dəfə şiddətli geomaqnit qasırğası səbəbiylə həyəcan vəziyyətində olan agentlik GPS kimi elektron cihazları və elektrik şəbəkələrinin bəzi hissələrini sıradan çıxara biləcəyini söyləyib.
 
Agentlik həmçinin bəyan edib ki, qarşıdan gələn tufanla əlaqədar ölkənin böyük bir hissəsi işıq dairəsi ilə əhatə oluna bilər.

Xəbərdarlıqdan əvvəl Günəşdən çoxlu böyük plazma çıxışlarının aşkar edildiyi bir sıra günəş partlayışları baş verib.
 
Potensial fırtınanın daha təbii yan təsirləri aşağıdakı kimi qeyd edilib: "Geomaqnit fırtınaları Yerdə möhtəşəm auroraları da işə sala bilər. Şiddətli geomaqnit qasırğası Alabama və Şimali Kaliforniyaya qədər auroraların görünmə potensialını ehtiva edir".

Proqnozlara görə fırtına "G4" qiymətləndirilir, yəni şiddətlidir.
 
Qeyd edək ki, rəsmilər ABŞ-ın çox güman ki, bu fırtınadan təsirlənəcəyini bildiriblər.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR