20 saat yerindən qaxmadan oyun oynayan çinli gəncin ayaqları iflic olub
AZXEBER.COM xarici KİV-ə istinadən bildirir ki, hadisə Çinin Jiaxing şəhərində baş verib.
Ad məxfiliyi qorunan gənc dostları ilə onlayn oyun oynamaq üçün internet kluba gedib. Oyuna başı qarışan gənc, 20 saat boyunca yerindən tərpənməyib, nəticədə isə ayaqları iflic olub.
Dostları onun ayağa dura bilmədiyini görüb, təcili tibbi yardım çağırıb. Xəstəxsanaya çatdırılan gəncin iflic vəziyyətinin keçici olub-olmadığı bilinmir. İlkin məlumata görə onun bədənindəki sinirlərə zərər verdiyi bildirilib.
Qeyd edək ki, bu cür hadisələr qarşılaşmaq mümkündür. Daha öncə 2015-ci ildə Tayvanda bənzər hadisə baş verib. Tayvanlı gənc 3 gün boyunca dayanmadan oyun oynadığı üçün evində ölü olaraq tapılmışdı. Ölüm səbəbi isə yorğunluqla bağlı infarkt olduğu bildirilmişdi.
Leyla Rəhimli