"20 Yanvar faciəsinə ilk siyasi qiymət Heydər Əliyev tərəfindən verilib"

"20 Yanvar faciəsinə ilk siyasi qiymət Heydər Əliyev tərəfindən verilib"
SİYASƏT
11:04 20.01.2023
733
Azərbaycan xalqı zaman zaman çox haqsızlıqlarla üzləşib, bunlardan biri də 1987-ci ildə Dağlıq Qarabağı Azərbaycandan alıb Ermənistan SSRİ-yə birləşdirmək planı olub. Bunun üçün sovet imperiyası Azərbaycana təsir etməyə başlayıb. Əvvəlcə Ümummilli liderimiz Heydər Əliyev SSRİ Mərkəzi Komitəsindən uzaqlaşdırılıb. 1988-ci ilin əvvəllərində isə ilk dəfə Qafan rayonunda, sonra isə Ermənistanın digər rayonlarında yaşayan azərbaycanlılar öz tarixi torpaqlarından departasiya ediliblər.
Az müddətdə 250 mindən çox azərbaycanlı işgəncələrə məruz qalaraq öz tarixi, dədə-baba torpaqlarından zorla qovulublar. Onlardan 216 nəfəri vəhşicəsinə qətlə yetirilib, 1154 nəfəri isə yaralanıb. Doğma torpaqlarından qovulmuş azərbaycanlılar Bakıya və Azərbaycanın digər rayonlarına pənah gətiriblər. Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirmək istəyən qüvvələr Qarabağda, eyni zamanda Sumqayıtda dəfələrlə qanlı təxribatlar törədiblər.

1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Mixail Qarbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və  Dövlət Təhlükəsizliyi Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnika və müxtəlif tipli silahlarla atəşə tutularaq kütləvi qətlə yetirildi.

Ancaq bir şeyi başa düşmədilər ki, Azərbaycan xalqı qəhrəman, vətənpərvər xalqdır. Həmin gecə əliyalın, silahsız insanlar ölümü göz önünə alaraq imperiya qoşunlarının qarşısına çıxdılar. 19-dan 20-nə keçən gecə, saat 00-da əhaliyə xəbərdarlıq etmədən Sovet ordusunun xüsusi təyinatlı və daxili qoşunları xüsusi qəddarlıqla mülki əhaliyə və evlərə atəş açmağa başladılar. Onu da qeyd edim ki, əhali xəbər tutmasın deyə yanvarın 19-da Azərbaycan televiziyasının enerji blokunu partlatdılar. Yalnız fövqəladə vəziyyətin, komendant saatının təyin olunması barədə yanvar ayının 20-si səhər 5:30-da komendant təyin olunmuş Dubinyak tərəfindən radio vasitəsi ilə elan edildi. Bu da onu göstərir ki, hər şey planlı şəkildə edilirdi.

Bakı əməliyyatına birbaşa SSRİ Müdafiə Naziri Dmitriy Yazov, Daxili İşlər Naziri Vadim Bakatin, SSRİ DTK-a sədrinin müavini Filip Babkov rəhbərlik edirdi. 

1990-cı il 20 yanvar faciəsi Azərbaycan tarixinə azadlıq, müstəqillik, istiqlal, hürriyyət mücadiləsi kimi daxil oldu. 

Ümumilikdə qanlı yanvar faciəsində 147 nəfər həyatını itirmiş, 744 nəfər ağır yaralanmış, 841 nəfər qanunsuz həbs edilərək işgəncələrə məruz qalmışdır. 200 mənzil, 80 avtomobil, o cümlədən təcili yardım maşınları və şəxsi əmlak məhv edilmişdir. Həmin dövrün qiymətləri ilə Azərbaycana 5637286 rubl miqdarında maddi ziyan vurulmuşdur. SSRİ rəhbərliyi tərəfindən Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə sayı 66000 nəfər olmaqla Stavropoldan, Krasnodardan, Rostovdan səfərbər edilmiş - böyük əksəriyyəti erməni zabitləri, əsgərləri və kursantları olub. 
20 yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Azərbaycan Milli kimliyinin formalaşmasına və Azərbaycanın müstəqil, azad olmasına zərurət yarandı. 

Azərbaycanda SSRİ tərəfindən təyin olunmuş dövlət rəhbərləri 20 yanvar hadisəsinə don geyindirməklə susmağa üstünlük vermələrinə baxmayaraq, Heydər Əliyev Moskvada təhlükələrdən çəkinməyərək Azərbaycan nümayəndəliyinə gedərək 20 yanvar hadisələrini törədənləri birmənalı olaraq haqsız adlandırdı. SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək rəsmi açıqlama tələb etdi.  

Ümummilli liderin təşəbbüsü ilə NMR-nın Ali məclisi tərəfindən 21 noyabr 1990-cı ildə  faciəyə ilk siyasi qiymət verildi. 1994-cü il mart ayının 29-da 20 yanvar hadisələrinin araşdırılması üçün Milli Məclisdə qərar qəbul edildi. 1998-ci ildə "20 yanvar şəhidi” Fəxri adı təsis edildi. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli fərmanı ilə 20 yanvar şəhidlərinin ailələrinə prezident təqaüdü təsis edildi. 2008-ci ildə 20 yanvar əlillərinə prezident təqaüdü verilməsi barədə sərəncam verildi. Onlara mənzil və avtomobil verildi. 20 yanvar dairəsində qanlı yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldıldı. Azərbaycan Azadlıq mübarizləri olan oğul və qızlarını heç vaxt yaddan çıxartmır, daimi yüksək qiymətləndirir. Hər il yanvarın 20-də Azərbaycanın hər bir yerində 12:00-da 20 yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilir.

Eyşan İsgəndərov
20 Yanvar Cəmiyyətinin Abşeron Rayon Şöbəsinin sədri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
20:24 02.07.2026
Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib
Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
20:11 02.07.2026
Xameneinin dəfnində Azərbaycandan bu şəxslər iştirak edəcək
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
20:00 02.07.2026
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
19:45 02.07.2026
Qubada XTQ irsinin davamçılarına düşərgə təşkil olunub - VİDEO
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
19:41 02.07.2026
Binəqədidə 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirildi - FOTOLAR
Suriya və Livan arasında razılaşma imzalanıb
19:23 02.07.2026
Suriya və Livan arasında razılaşma imzalanıb
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
19:07 02.07.2026
Pistorius: Ukraynadakı müharibə həlledici mərhələyə daxil olub
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
18:47 02.07.2026
Dəməşqdə Ədalət Sarayının yaxınlığında partlayış olub
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
18:42 02.07.2026
Avropa Komissiyası Prezidentinin Bakı səfəri strateji tərəfdaşlığın yeni mərhələsini açır ŞƏRH
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
18:35 02.07.2026
HAMAS İsraillə əməkdaşlıqda ittiham olunan Qəzza sakinini edam etdi
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
18:22 02.07.2026
İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
18:07 02.07.2026
Polşada Belarusa casusluqda ittiham olunan iki nəfər tutuldu
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
17:55 02.07.2026
İngilis alimlərdən araşdırma: Sosial media yeniyetmələr üçün tamamilə məhdudlaşdırılmaldır
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
17:32 02.07.2026
Bir zamanlar milyonlarla izləyiciləri var idi, indi həbsxana həyatı yaşayırlar - Onlar kimdir?
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
17:11 02.07.2026
İyulda eşq qapıları bu bürclərin üzünə açılacaq - Proqnoz
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası
17:09 02.07.2026
AccessBank-dan yeni biznes müştərilərinə 50%-dək endirim kampaniyası