AZXEBER.COM-un “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, erməni tərəfi insident zamanı hərbçi Ovik Mkrtıçeviç Sukiasyanın öldüyünü bildirir. Qondarma “DQR Müdafiə Ordusu”nun mətbuat xidməti bildirib ki, atışma zamanı Azərbaycan tərəfi dəfələrlə artıq itki verib. “DQR” tərəfi atəşkəs rejiminin Azərbaycan Silahlı Qüvvələrinin pozduğunu bildirib və bu “faktı” Azərbaycan tərəfinin növbəti təxribatı kimi dəyərləndirib.