“20 Yanvar”- “Masazır” dairələrində hərəkət məhdudlaşdırılır

“20 Yanvar”- “Masazır” dairələrində hərəkət məhdudlaşdırılır
SOSİAL
11:48 11.06.2020
966
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun "20 Yanvar” – "Masazır” dairələri arasında yerləşən hissəsində hər iki istiqamət üzrə aparılan genişləndirmə və yenidənqurma işləri çərçivəsində hazırda "Masazır” dairəsində və dairəyə giriş-çıxış yollarında asfalt-beton örtüyünün yenilənməsi işləri həyata keçirilir.

AAYDA-dan AZXEBER.COM-a verilən məlumata görə, aparılan təmir-tikinti işləri çərçivəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

OXŞAR XƏBƏRLƏR