“20 yanvar qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim" - Paşinyan

SİYASƏT
01:45 21.01.2022
533

Ermənilərə məxsus "Armvoice” teleqram kanalı Ermənistanın baş naziri Nikol Paşinyanın illər öncə "Molorak” qəzetində bir jurnalist olaraq yazdığı məqaləni üzə çıxarıb.

Ermənistanda sensasiyaya səbəb olmuş həmin məqalədə Paşinyan 20 yanvar 1990-cı il tarixində Bakıda öldürülən insanların ruhunu yad edib.

11 fevral 1998-ci il tarixli "Ermənilər və azərbaycanlılar xoşbəxt xalqdır” başlıqlı məqalədə Nikol Paşinyan Azərbaycan və Türkiyənin günahsız qurbanlarından bəhs edib. O vaxtkı jurnalist Nikol Paşinyan yazıb ki, hər dəfə söhbət günahsız azərbaycanlı və türklərin öldürülməsindən gedəndə ermənilərin düşüncə tərzində dəyişiklik baş verir:

"Niyə Azərbaycan və Türkiyənin günahsız qurbanlarından söz düşəndə ermənilər bunu qəbul etmir, onların ovqatı təlx olur?"

Paşinyan məqaləni bu sətirlərlə bitirib: "20 yanvarda 1990-cı illərin Bakı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdim".

Qeyd edək ki, Nikaol Paşinyanın üzə çıxarılan məqaləsi Ermənistanın müxalifət kəsimi tərəfindən hiddətlə qarşılanıb.

Xatırladaq ki, Nikol Paşinyan 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində "Oragir” və Haykakan Zhamanak” qəzetlərinin müxbiri və redaktoru olub.

Modern.az

 


OXŞAR XƏBƏRLƏR