"20 Yanvar xalqımızın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir"

"20 Yanvar xalqımızın öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir"
SİYASƏT
14:02 19.01.2024
294
Azərbaycan torpaqlarında Çar Rusiyasının köməyi ilə özlərinə dövlət quran ermənilər məskunlaşdıqdan sonra dəfələrlə azərbaycanlıları öz torpaqlarından deportasiya edib, mal-mülklərini yandırıblar. 

1988-1989-cu illərdə isə 250 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan zorla çıxarılıb, 200-dən artıq yerli azərbaycanlı qətlə yetirilib, 1200-ə qədər soydaşımız isə ağır yaralanıb. Bununla da sonradan Ermənistan adlandırılan Qərbi Azərbaycanda bir nəfər belə azərbaycanlı qalmayıb.

Eyni zamanda ermənilər böyük siyasətçi Heydər Əliyevin siyasi hakimiyyətdən planlı şəkildə uzaqlaşdırılmasından dərhal sonra Qarabağın Ermənistana birləşdirilməsi üçün Moskvaya müraciət ediblər. Qeyd edək ki, bu vaxta qədər ermənilər Qarabağın Ermənistana birləşdirilməsi məsələsini bir neçə dəfə qaldırmaq istəyiblər, lakin Heydər Əliyev bunun qəti sürətdə, kəskinliklə qarşısını alıb.

Xalq artıq bu haqsızlığa, bu işgəncəyə dözə bilmirdi. Bunun bir sonu olmalı idi. Xalq 70 illik buxovu sındırmaq, azadlığa, suverenliyə qovuşmaq istəyirdi. Milyonlarla insan Azadlıq meydanına toplaşmışdı.

Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!
Qolumdakı zəncirləri qıram gərək, qiram, qıram! - deyirdi azadlıq carçısı şair Xəlil Rza Ulitürk. 
Rəsmi Moskva tərəfindən erməni separatizminə rəvac və dəstək verilməsi, respublika rəhbərliyinin mütiliyi və milli mənafeyə zidd mövqeyi xalqı hiddətləndirmiş, güclü etiraz dalğası doğurmuşdu. Böyüklü-kiçikli hamı küçə və meydanlara axışırdı. Mitinqçilərin sıraları günbəgün genişlənir, Azadlıq meydanında xalqın azadlıq istəyini əks etdirən şüar və plakatlar görünməyə başlayırdı. 

Beləliklə, əldən gedən torpaq uğrunda mübarizə tədricən azadlıq hərəkatına çevrilirdi. Bakıya daxil olan rus əsgərləri Hökümət Evini və ətrafı mühasirəyə almışdılar. Odur ki, mitinqçilər gecəni də oradan çıxmamağa çalışırdılar.

Süquta uğramaqda olan cinayətkar imperiya çıxış yolu kimi Bakıda fövqəladə vəziyyat rejimi elan etdi. Bunun heç bir nəticəsi olmadığı gördükdə Bakıya qoşun yeritdi. 
İnsanlar məlumatlandırılmasın deyə yanvar ayının 19-da Azərbaycan televiziyasının enerji bloku partladıldı. Qəzet və jurnalların nəşrinə qadağa qoyuldu. 

19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Azərbaycanın bir neçə rayonuna yerləşdirildi. 

Bakı şəhərinə dörd bir tərəfdən yeridilən qoşunun demək olar ki, əksəriyyəti erməni quldur dəstələrindən ibarət idi. Onlar müxtəlif tipli silahlardan istifadə edərək amansızcasına günahsız insanları güllələyir, tankla əzib keçirdilər. 

Yalnız fövqaladə vəziyyətin, komendant saatının təyin olunması barədə yanvar ayının 20-si saat 5-30-da komendant təyin olunmuş Dubinyak tərəfindən radio vasitəsiylə elan edildi.

Bakı əməliyyatına birbaşa SSRİ Müdafiə Naziri Dmitri Yazov, Daxili İşlər Naziri Vadim Bakatin, SSRİ DTK-sədrinin müavini Filip Babkov rəhbərlik edirdi.

Azğın, vəhşi erməni-rus birləşmələri heç bir maneə törətməyən yolla ötən Təcili Tibbi Yardım maşınlarını belə güllə-borana tuturdular. 

Qarşısına çıxan maşınları, insanları əzib keçən tankların, işıq saçaraq vıyıldayan güllələrin vahiməli səsi 34 il keçsə də, hələ də həmin müdhiş gecənin şahidlərinin qulağından getməyib.
Bu vəhşilik, qəddarlıq nəticəsində yüzlərlə insan həlak olmuş, xəsarət almış, itkin düşmüşdü. 
Yanvarın 20-də və sonrakı günlərdə isə daha 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçalada, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdi. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdur.

Bu vəhşiliyə, bu terrora ilk olaraq öz münasibətini xalqımızın Ümummilli Lideri Heydər Əliyev bildirmişdi. Belə ki, Heydər Əliyev faciənin səhəri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getmiş və orada keçirdiyi mətbuat konfransında çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin tənqid etmişdi. Bu hadisənin, demokratiyaya, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd olduğunu bildirib. Eyni zamanda onun törəmə səbəblərini də açıqlayıb, təşkilatçılarının, günahkarlarının adlarını bütün dünyaya bəyan edib. Həyatının hər an təhlükədə olmasına baxmayaraq qətiyyətlə bütün dünyaya faciənin hüquqi-demokratik prinsiplərə zidd olduğunu, Azərbaycan xalqına qarşı hərbi təcavüzün SSRİ və Azərbaycan SSR rəhbərliyi tərəfindən həyata keçirildiyini bəyan edib. 

20 Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə böyük rolu olmuşdu.

20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu tarix 70 il Sovet imperiyasının əsarətində yaşamış xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. 

Bu cinayət, bu qətliyam Azərbaycan xalqının iradəsini, birliyini qıra bilmədi. Xalq daha sıx birləşdi.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 21 noyabr 1990-cı ildə faciəyə ilk siyasi qiymət verildi. 

1994-cü il mart ayının 29-da 20 yanvar hadisələrinin araşdırılması üçün Milli Məclisdə qərar qəbul edildi. 1998-ci ildə "20 yanvar şəhidi” Fəxri adı təsis edildi. 

Heydər Əliyev: "Şəhidlərin hər qanının damcısında bizim xalqımızın qüdrəti var, qəhrəmanlığı var, xalqımızın milli azadlıq, müstəqillik arzuları vardır. O gecə tökülən qanlar müqəddəs qanlardır. Onlar bizim xalqımızın əsrlər boyu milli azadlıq, müstəqillik uğrunda tökdüyü qanlara qovuşmuş qanlardır, o gecə tökülən qanlar Azərbaycanın müstəqilliyini nümayiş etdirən milli bayrağımızın üstündəki qandır”.
20 Yanvar 1990-cı il hadisələri Azərbaycan Respublikasının müstəqilliyə gedən yolunda ən böyük sınaqlardan biri olmuş və Azərbaycan xalqı bu sınaqdan üzüağ, alnıaçıq çıxmağı bacarmışdı.

Şəhla Ağbulud
"Abşeron” qəzetinin baş redaktoru
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
20:35 29.07.2025
Liviya sahillərində gəmi qəzasında 18 nəfər ölüb
Tokayev Ərdoğanla müzakirə apardı
20:22 29.07.2025
Tokayev Ərdoğanla müzakirə apardı
Şərurda 16.5 ton ot bağlaması yanıb
20:18 29.07.2025
Şərurda 16.5 ton ot bağlaması yanıb
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
20:08 29.07.2025
Yevlaxda ağır yol qəzasında bir ailənin beş üzvü xəsarət alıb
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
19:57 29.07.2025
Ukraynada 60 yaşdan yuxarı şəxslərin hərbi xidmət keçməsinə icazə verildi
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
19:36 29.07.2025
Fransa yaxın günlərdə Qəzzaya humanitar yardım göndərəcək
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
19:09 29.07.2025
Tacikistan və Qırğızıstan dövlət sərhədinin demarkasiya prosesini müzakirə edib
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”
18:57 29.07.2025
Nadir Qafarzadə: “Castinin konsertinə bu qədər insanın getməsi o deməkdir ki, xalq gözəl yaşayır”