20 yaşlı gənci bıçaqladılar - “İPhone 6” üstündə

20 yaşlı gənci bıçaqladılar - “İPhone 6” üstündə
SOSİAL
12:19 28.10.2018
8360
Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Şamaxı rayonunun Şərədil kənd sakini olan 1998-ci il təvəllüdlü Mikayılov Elməddin İdris oğlu "Tosoil” yanacaqdoldurma məntəqəsinin yanında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs 20 yaşlı oğlanı bıçaqlayaraq "İPhone 6” markalı telefonunu alıb.

Quldurluq edən şəxs qaçıb. E.Mikayılov isə xəstəxanaya yerləşdirilib. Zərərçəkən bildirib ki, ona hücum edən şəxsi üzdən tanıyır və adı Məhəmməddir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
///Publika.az
OXŞAR XƏBƏRLƏR