Nərmin Məmmədova,
“İRƏLİ” İctimai Birliyi “ELİTE Club”-un rəhbəri
Tarixin yaddaşında çox ağrı-acılar, qanlı müharibələr, faciələr gizlənib. Zaman-zaman tarixin səhifələri vərəqləndikcə bütün bu dəhşətlərin şahidi olan insanlar günahsız qurbanlar qarşısında baş əyirlər.
Artıq neçə ildir ki, xalqımızın böyük bir dərdi-Qarabağ dərdi ürəyimizi göynədir. Mənfur ermənilərin torpaqlarımıza hücumu, Qarabağın talanı hər birimizin ürəyində sağalmayan bir yaradır. Düşmən amansızcasına kəndləri, şəhərləri işğal edərək insanların qanını axıtdı. Müdhiş gecələrin birində isə əsrin ən ağır faciəsi-Xocalı faciəsi baş verdi. 26 fevral, 1992-ci il... O gecənin faciəsi bir əsrə ləkə oldu, o gecənin qaranlığını azğın düşmən güllələri işıqlandırdı. Mənfur düşmənin ağzından millətə nifrət səsləri gecənin sükutunu pozdu.
Xocalı bu günləri görməmişdi. İndi də yuxu kimi gəlir bizə. Bizim bu sülhsevər, bolluğu, bərəkəti ilə öyünən, körpə gülüşləri dodaqlarından, baxışlarından əskilməyən Xocalımızın ağlına hardan gələrdi ki, qəfildən qanlar tölüləcək onun ərazisinə?! Düşmən görmək istədiyini gördü. Görmək istədiyi isə Xocalının qızıl güllələrə tuş gəlməsi, uşaqların, qocaların, qadınların öldürülməsi, şikəst qalması imiş. Bu gecə düşmənin millətimizə qarşı illər boyu gizlətdiyi nifrət, kin-küdurət üzə çıxdı. O gecə uzun çəkdi, səhər gec açıldı. Xocalının səsini, fəryadını o gecə heç kəs eşitmədi.
Əliyalın, başıaçıq insanlar-qocalar, qadınlar, uşaqlar evlərindən didərgin düşüb dağlara, meşələrə üz tutdular. Bunlar yalnız qaça bilənlər idi. Qaça bilməyənlər isə bir anda yerindəcə güllələnir, bıçaqlanır, baltalanırdı.
Xocalı təkdir, amma bu sözün mənası olduqca böyükdür. İlk öncə bu, yaşamaq hüququ olan, lakin bu gün bizimlə olmayanların əziz xatirəsidir. Xocali – müharibənin yüzlərlə qurbanlarıdır. Xocalı - ədalət carçısıdır, bəşəriyyətə bir çağırışdır.
Xocalıda öldürülən körpələr yaşasa idi indi mənimlə həmyaşıd olacaqdılar. Müxtəlif təhsil ocaqlarının tələbələri, gələcəyin müəllim, həkim, hüquqşünas və digər peşə sahibləri, ailə başçıları olacaqdılar. Onların da yaşamağa, xoşbəxt olmağa haqqı var idi!
Bunları xatırladıqca insan içində yanıb-qovrulur, acizliyinə, düşməndən qisas ala bilmədiyinə görə özünü bağışlaya bilmir! Nə idi bu Xocalı camaatının günahı? Nə idi əliyalın insanların, qocaların, qadınların, uşaqların, öldürülən 613 nəfərin günahı? Şikəst qalan 487 nəfər, əsir düşüb ağlasığmaz təhqir və işgəncələrə məruz qalmış 1275 nəfər hansı günahı işlətmişdi? Diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, gözləri çıxarılmış körpə uşaqların, süngü ilə qarınları yarılmış hamilə qadınların, valideynsiz qalmış övladların axı nə günahı var idi? Yenicə müstəqillik qazanmış dövlətin vətəndaşları olmalarımı?! Azərbaycanlıolub əsrlərlə bu torpaqlarda yaşamalarımı?!
Еrmənilərin Xocalı şəhərini hədəfə аlmаqdа məqsədi nə idi? Bu, bir tərəfdən, Qarabağın dаğlıq hissəsində аzərbаycаnlılаrdаn ibаrət оlаn, strаtеji əhəmiyyətli mаnеəni аrаdаn qаldırmаq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yеr üzündən birdəfəlik silmək məqsədi güdürdü. Çünki Xocalı еlə bir yаşаyış məskəni idi ki, о, Аzərbаycаn tаrixinin qədim dövrlərindən müаsir dövrə qədər tаrix və mədəniyyət ənənələrini özündə əks еtdirirdi.
Bu qədər şəhid vermiş Xocalı yenə də qəhrəmanliq göstərdi, əli silah tutan xocalililar əsgərlərimizlə yanaşı son ana qədər şəhəri bacardıqları qədər müdafiə etdilər. Aylarca top-tüfəng altında yaşayan Xocalı camaatı canıyla bağlı olduğu bu torpağı asanlıqla tərk etmək istəmirdilər. Xocalılılar duşmənlərinin bu qədər qəddar olacaqlarını hardan bilə bilərdilərdi ki? Xocalı ermənilər tərəfindən mühasirəyə alındıqdan sonra da dağ yolu, meşələrin içi ilə keçib Ağdama və başqa əmin yerlərə qaça bilərdilər. Xocalının sağ qalan əhalisi bu gizli yollarla qaçıb canlarını qurtara bilmişdilər. O zamankı hakimiyyətin xocalılıları gəlib xilas etmək haqda yalan vədələr verməsi və əliyalın dinc əhalini müdafiəsiz qoyması isə bir milli faciəidi.
Erməni-rus ordusunun xalqımıza qarşı törətdiyi Xocalı soyqırımının bu il 20 ili tamam olur. Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək bu faciə bizim XX əsrdə yaşadığımız ən böyük faciələrdən biridir. Bu təkcə faciə deyil, „faciə“ kəlməsiylə erməni vəhşiliyini təsvir etmək mümkün deyil! Bu bir xalqın əsrlərlə yaşadığı torpaqlardan izini silmək üçün, nəslini kəsmək üçün edilmiş bir soyqırımıdır. Əgər tarixə bir nəzər salsaq xalqımızın keçən əsrin əvvəllərindən başalyaraq qana susamış erməni daşnakları tərəfindən CənubiAzərbaycanda 1905,1918 illərdə,Şimali Azərbaycanda 1918-ci ildə daha böyük soyqırımına məruz qaldığını görərik. Amma hər zaman olduğu kimi unutqanlığımızdan, dostu düşməndən ayıra bilməməyimizdən qısa bir zamandan sonra hər şeyi unudub xalqlar dostluğuna daha çox üstünlük vermişik.
Xocalı soyqırımı ilə isə qan yaddaşımız təzələndi. Tarix kitablardan oxuduğumuz, eşitdiyimiz soyqırımının əslində nəolduğunu, xalqımızın erməni faşistləri tərəfindən necə vəhşicəsinə məhv edildiyini biz bir daha Xocalı faciəsində gördük. Bizi bu faciədə bu qədər yandırıb-yaxan isə, bu hadisələrin indi əmin-amanliq içərisində yaşayansivil dünyanın, haqq-ədalət carçısı olan beynəlxalq təşkilatların gözləri qarşısinda başverməsi idi. Onlarsa baxıb sadəcə susurdular...
Xocalı yalnız xalqın yaddaşlarında deyil, həm də gündəlik həyat tərzində yaşayır. Onun haqqında filmlər çəkilir, şeirlər və poemalar yazılır. Xocalı insanlığa həqiqət kimi sadə, müdrik sayıqlıq dərsi verir. Bəşəriyyət yaxın keçmişdə başına gələn məhv olma təhlükəsini daim yadda saxlamalı, öz gələcəyinin qayğısına qalmalıdır. Təəssüf ki, yer üzündən heç vaxt hakimiyyətə susamış fırıldaqçılar, digərlərinin sülhsevərliyindən öz mənfəəti üçün istifadə edənlər əskik olmayıb, zaman-zaman aqressiyanın qara qüvvələri baş qaldırıb. İndiki qəddar zamanda sülhü sevmək kifayət deyil, həm də onu qorumağı bacarmaq lazımdır. Xocalı insanları yalnız həlak olanlar üçün kədərlənməyə deyil, eyhi zamanda yenilməz xalqın mərdliyi ilə fəxr etməyə, dünyanın kövrəkliyini dərk etməyə və Əbədiyyət haqda düşünməyə vadar edir.
Bu faciə təkcə Xocalının deyil, bütün Azərbaycanın, bütün müsəlman dünyasının, bütün dünya Azərbaycanlılarının faciəsidir. Bəşəri duyğulara malik olan insanlar! Sizə yaxşı bəllidir ki, dünyaya gələn hər bir kəsin yaşamağa haqqı vardır. Lakin erməni terrorçuları Allahın verdiyi bu haqqı onlardan almağa cəhd göstərərək azərbaycanlılara qarşı terroru davam etdirir və Xocalı şəhərinin yüzlərlə əhalisini vəhşicəsinə qətlə yetirdikləri kimi bu gün də həmin bəşəriyyət əleyhinə cinayət əməllərini davam etdirirlər. Həmin cinayətkar əməl sahibləri olan ermənilər öz yalanlarını elə təbliğ edirlər ki, xarici ölkə vətəndaşları real vəziyyətdən xəbərdar olmadıqlarından çox zaman erməni iftiralarına inanmaq məcburiyyətində qalırlar. Gəlin bütün dünya ictimaiyyəti ilə birlikdə bu cür soyqırım əməllərinə görə erməni vandallarının beynəlxalq hüquqa əsasən məhkəmə qarşısında cavab vermələrinə nail olmaqdan ötrü səylərimizi birləşdirək! Əgər belə olmazsa, təbii olaraq genlərində terror və soyqırım irsi xəstəliklərinin sinptomlarını daşıyan erməni kütləsi həmin bəd əməllərini yenə də davam etdirəcəklər. Hörmətli dünya ictimaiyyətinə üzümü tutub deyirəm ki, belə bir həmrəylik yaranmasa, bir gün erməni terrorunun növbəti hədəfi sizin xalqlarınız ola bilər! Gəlin birlikdə ədalət səsimizi ucaldaq, çünki birlikdə biz daha güclüyük!