"Kredit borcu olanların ölkədən çıxa bilməməsi problemli kreditləri azaltmayacaq"

"Kredit borcu olanların ölkədən çıxa bilməməsi problemli kreditləri azaltmayacaq"
İQTİSADİYYAT
12:21 01.05.2025
182
Azərbaycanda 200 manata qədər kredit borcu olan vətəndaşların ölkədən çıxışının məhdudlaşdırılmasının problemli kreditlərin azalmasına səbəb olacağı inandırıcı deyil.

Bunu Mill Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bu gün keçirilən növbəti plenar iclasında bildirib.

"Əksinə, bu sahədə təşviq kiçik borcların daha qısa zamanda qaytarılmasına səbəb ola bilər. Bütövlükdə, problemli kreditlərin artdığını nəzərə alaraq fiziki şəxslər üzrə təşviq, hüquqi şəxslər üzrə isə inzibati meyarların dairəsinin genişləndirilməsini təklif edərdim”, - deyə o qeyd edib.
 

OXŞAR XƏBƏRLƏR