Misir prezidenti Məhəmməd Mürsinin keçən həftə imzaladığı fərmana ölkədə etirazlar bitmək bilmir.ANN.Az-ın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, dünən Misirdə 200 mindən çox adam Təhrir meydanında toplaşaraq Mürsiyə etiraz edib və onu istefaya çağırıb.Ölkənin bir sıra şəhərlərində Mürsi və “Müsəlman Qardaşları”na qarşı nümayişlər keçirilib, partiyanın ofisləri yandırılıb və hücuma məruz qalıb.Etirazçılar və Mürsi tərəfdarları bir-birinə daş, Molotov kokteyli və digər əşyalar atıb. Mənbələrin verdiyi məlumata görə, nümayişlər zamanı 400 nəfər xəsarət alıb.