ANA SƏHİFƏ
SOSİAL:
  • REKLAM
  • BİZİMLƏ ƏLAQƏ
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Maqazin
  • İdman
  • Dünya
  • Kriminal
  • Sağlamliq
  • Mədəniyyət
  • Gənclik
  • Müsahibə
  • Hadisə
  • Maraqli
  • Özəl
  • Fotosessiya

200 minlik avtomobil nömrələrini satan kimlərdir?

200 minlik avtomobil nömrələrini satan kimlərdir?
SOSİAL
11:15 08.05.2017
6142

 

Bir neçə gündür ki, iş adamı Füzuli Fərəcovun azyaşlı oğlu Ağəli Fərəcovun "99 BS 999" nömrə nişanlı "Porsche” markalı avtomobillə 2 uşaq anasını vuraraq öldürməsi ictimaiyyətdə geniş müzakirə olunur.

Ağəli Fərəcovun sürdüyü avtomobilin qiyməti 200 min manata yaxındır. Avtomobilin üzərindəki dövlət nömrə nişanının da qiyməti heç də ucuz deyil. Belə ki, avtomobil satıcılarının sözlərinə görə, bu kimi nömrələrin qiyməti 100 min manat və daha yüksəkdir...

Bəs Azərbaycanda avtomobilə dövlət nömrə nişanının alınmasına görə ödənilməli olan məbləğlər qanunvericiliklə necə tənzimlənir?

Azərbaycanda avtomobillərə nömrələrin alınmasına görə dövlət rüsumunun məbləği "Dövlət rüsumu haqqında” Qanunla 22 manat müəyyən edilib. Sonu cüt rəqəmli, eyni hərfli nömrələrin isə dövlət rüsumu 500-2500 manat arasında dəyişir. Lakin Azərbaycanda qeyd olunan məbləğdən dəfələrlə baha qiymətə satılan nömrələrə rast gəlmək mümkündür.

İnternetdə kiçik araşdırma zamanı öyrəndik ki, "99 LL 999", ”99 VV 999" kimi nömrələr 200 min manata satılır.

Ölkədə məmur övladlarından başqa müğənnilərin də əksəriyyəti öz avtomobillərinə bu cür bahalı, "zerkalnı” nömrələr alırlar...


Ekspert Ərşad Hüseynov bildirib ki, rəqəmlərin və hərflərin kombinasiyasından asılı olaraq, qiymətlər dəyişir: "Lakin qiymətlər 2500 manatdan baha deyil. Qanuna görə, avtomobilsiz nömrənin heç bir əhəmiyyəti yoxdur və buna görə də heç kim avtomobilsiz nömrə sata bilməz. Bu, mümkün deyil. Lakin nömrə satanlar bu məsələdən də çıxış yolu tapırlar. Belə ki, iki nəfər bir-biri ilə razılaşır gedirlər Dövlət Yol Polisinin Qeydiyyat-imtahan şöbəsinə və burada iki tərəfli əməliyyat edirlər. Nəticədə nömrə bir maşından digərinə keçir. Yəni alan şəxs dövlətə deyil, öz aralarındakı razılığa uyğun olaraq satan şəxsə pul ödəyir. Bu məsələdə dövlət orqanı heç bir müdaxilə edə bilməz. Rəsmiləşdirmədə yalnız nömrənin bir şəxsdən digərinin adına keçməsinə görə dövlət rüsumu ödəyirlər. Bu isə maksimum 70 manat olur. Burada ”qanunsuzdur" ifadəsi yol hərəkəti qaydaları ilə deyil, vergi məsələsi baxımından keçərlidir. Belə ki, 50 minə, 70 minə nə isə satırsansa, bunun vergisini də ödəməlisən".

Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı isə qeyd etdi ki, əslində bu gün məsələ ilə bağlı vəziyyət çox acınacaqlıdır:


"Bəzi saytlarda nömrələr açıq şəkildə, çox baha qiymətə satışa qoyulub. Yəni açıq bazardır. Nömrəyə istənilən qiyməti yazıb, satışa qoyurlar. Dövlət Yol Polisi bununla bağlı dəfələrlə açıqlama verib ki, həmin elanların hamısı formaldır və satışı təşkil edən saytın diqqət cəlb etmək üçün atdığı addımdır. Lakin bir reallıqdır ki, bu sahədə böyük biznes şəbəkəsi formalaşıb. İstənilən mülki şəxs baha qiymətə nömrə ala və sata bilir. Dövlət Yol Polisinin üzərinə qanunvericiliklə çox böyük vəzifələr qoyulub və illərdir ki, internet vasitəsi ilə nömrə satışı prosesi həyata keçirilir. Lakin bu gün qanunvericilikdə olmayan hal da ortaya çıxıb. Belə ki, adamlar avtomobili satırlar, ancaq deyirlər ki, nömrəni satmıram. Hansı ki, nömrə bu maşın üçün verilib. Dəfələrlə eşidirik kimsə deyir ki, ”yol polisində nömrəni bron etdirmişəm". Bu, qanunvericilikdə olmayan bir haldır. İndiki halda qanunvericiliyin tələbinə görə, nömrə yalnız avtomobilin alqı-satqısı zamanı, itirildikdə, yararsız hala düşdükdə dəyişdirilir. Qiymətlərə gəlincə isə bunu da insanlar özləri aralarında şişirdirlər. Bizim saytın əməkdaşı, rəsmi şəkildə müraciət edib, sonu "666" olan nömrəni 500 manata aldı. Bu gün kimsə iddia edə bilər ki, bu, mümkün deyil. Sadəcə, insanlar tənbəllik edib rəsmi müraciət etmirlər, asan yol axtarırlar”.

E.Muradlı bildirib ki, bu bazarı DYP yox, insanların özləri yaradıblar: "Dünyanın əksər ölkələrində cüt nömrələr kommunal xidmət maşınlarına verilir. Misal üçün Gürcüstanda sonu cüt olan nömrələr zibil daşıyan maşınlara verilir. Bu yaxınlarda maraqlı araşdırma aparmışdılar və məlum oldu ki, Almaniyada bu cür nömrələri fahişələr alırlar ki, müştərinin yadında qalsın. Müşahidə aparıram ki, bu cür bahalı, cüt nömrə xəstəliyi, ancaq müsəlman ölkələrindədir. Baxırsan ki, Dubayda neçə milyona nömrə alıb, maşının üzərinə bağlayırlar. Avtomobilin komfortu yerindədirsə, hesab edirəm ki, nömrə önəm daşımır. Hətta son zamanlar Gürcüstana da bu məsələ ilə bağlı sirayət etmişik. Orada da yavaş-yavaş hiss olunur ki, nömrə alveri genişlənir. Bəllidir ki, orada nömrələrdə 3 hərf olur. Gedib Gürcüstandan bu cür nömrələr alıb, gəlib Azərbaycanda bir müddət sürdükdən sonra qaytarırlar. Belə görünür ki, bu cür çürük təfəkkür ən çox Azərbaycanda yayılıb. Hansı ölkəyə gediriksə, orada da bahalı nömrə axtarırıq”.


/// "Yeni Musavat"

 
  • PAYLAŞ
OXŞAR XƏBƏRLƏR
Tovuzda zəhərlənənlərdən üçü azyaşlıdır
SOSİAL
23:44
Tovuzda zəhərlənənlərdən üçü azyaşlıdır
Bakının bu ərazilərində qaz olmayacaq
SOSİAL
23:30
Bakının bu ərazilərində qaz olmayacaq
Bəzi ərazilərdə su kəsiləcək
SOSİAL
22:23
Bəzi ərazilərdə su kəsiləcək
Ordubadın bəzi yerlərində qaz təchizatı müvəqqəti dayandırılacaq
SOSİAL
20:51
Ordubadın bəzi yerlərində qaz təchizatı müvəqqəti dayandırılacaq
“Mən şəxsən Rəqsanə və əri ilə görüşüb pulları vermişəm" - VİDEO
SOSİAL
18:21
“Mən şəxsən Rəqsanə və əri ilə görüşüb pulları vermişəm" - VİDEO
Prezident və xanımı Gəncə Memorial Kompleksində görülən işlərlə tanış olublar
SOSİAL
17:29
Prezident və xanımı Gəncə Memorial Kompleksində görülən işlərlə tanış olublar
Adəm Məmmədovun vəkilliyinə xitam verildi
SOSİAL
17:14
Adəm Məmmədovun vəkilliyinə xitam verildi
Növbəti iki gündə külək güclənəcək
SOSİAL
17:06
Növbəti iki gündə külək güclənəcək
Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyulub
SOSİAL
16:51
Gəncədə bazalt məhsullarının istehsalı müəssisəsinin təməli qoyulub
Ağdərədə yanğın olub
SOSİAL
16:09
Ağdərədə yanğın olub
ƏN SON XƏBƏRLƏR
Tovuzda zəhərlənənlərdən üçü azyaşlıdır
23:44 20.08.2025
Tovuzda zəhərlənənlərdən üçü azyaşlıdır
Bakının bu ərazilərində qaz olmayacaq
23:30 20.08.2025
Bakının bu ərazilərində qaz olmayacaq
“Mançester Siti” futbolçusu ilə müqavilə müddətini uzadacaq
23:19 20.08.2025
“Mançester Siti” futbolçusu ilə müqavilə müddətini uzadacaq
Ukrayna MDB-nin növbəti sazişindən çıxır
23:13 20.08.2025
Ukrayna MDB-nin növbəti sazişindən çıxır
Tovuzda 5 nəfər dönərdən zəhərlənib
22:54 20.08.2025
Tovuzda 5 nəfər dönərdən zəhərlənib
İsrail Qəzzada yeni əməliyyata başladı
22:43 20.08.2025
İsrail Qəzzada yeni əməliyyata başladı
Bəzi ərazilərdə su kəsiləcək
22:23 20.08.2025
Bəzi ərazilərdə su kəsiləcək
Gürcüstanda yarım saat ərzində iki zəlzələ baş verib
22:14 20.08.2025
Gürcüstanda yarım saat ərzində iki zəlzələ baş verib
ABŞ BCM-in dörd üzvünə qarşı sanksiya tətbiq edib
22:01 20.08.2025
ABŞ BCM-in dörd üzvünə qarşı sanksiya tətbiq edib
İŞİD-in Suriyadakı liderlərindən biri öldürüldü
21:44 20.08.2025
İŞİD-in Suriyadakı liderlərindən biri öldürüldü
Zərdab sakini həmyerlisini bıçaqlayıb
21:38 20.08.2025
Zərdab sakini həmyerlisini bıçaqlayıb
ABŞ Çinə qarşı pilotsuz hərbi donanma yaradır
21:30 20.08.2025
ABŞ Çinə qarşı pilotsuz hərbi donanma yaradır
Makron: İsrailin Qəzzadakı əməliyyatı fəlakətlə nəticələnəcək
21:19 20.08.2025
Makron: İsrailin Qəzzadakı əməliyyatı fəlakətlə nəticələnəcək
Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazanıb
21:06 20.08.2025
Azərbaycanın qadın güləşçisi dünya çempionatında bürünc medal qazanıb
NATO Ukrayna üçün təhlükəsizlik planlarının hazırlanmasında birbaşa iştirak etməyəcək
20:58 20.08.2025
NATO Ukrayna üçün təhlükəsizlik planlarının hazırlanmasında birbaşa iştirak etməyəcək
Ordubadın bəzi yerlərində qaz təchizatı müvəqqəti dayandırılacaq
20:51 20.08.2025
Ordubadın bəzi yerlərində qaz təchizatı müvəqqəti dayandırılacaq
BÜTÜN XƏBƏRLƏR
Copyright 2010-2025. “Azxəbər” İnformasiya Agentliyi. Müəllif Hüquqları Qorunur.
Created by