200 nəfəri öldürən şəxs saxlanılıb

DÜNYA
10:20 12.12.2013
1026

Meksika polisi 200 nəfərdən çox adamın öldürülməsində şübhəli bilinən 30 yaşlı kişini həbs edib.

AZXEBER.COM-un Rusiya KİV-lərinə istinadən verdiyi xəbərə görə, Xalisko ştatında polisin saxladığı bir neçə cinayətkardan biri 200 nəfərin ölümündə şübhəli bilinir.Polisdən bildirilir ki, həmin şəxs insanların oğurlanmasında və onların öldürülməsində şəxsən iştirak edib. Öldürülənlərin arasında narkotik alverçiləri və cinayətkar qruplaşmaların üzvləri də var. Polis artıq onun 4 oğurlanma, işgəncə və qətl hadisəsində əli olduğunu sübut edib.Daha əvvəl o, narkotik mafiyasının sifarişi ilə 300 nəfərin həyatına son qoymaqda şübhəli bilinirdi.

OXŞAR XƏBƏRLƏR