İspaniyanın "Barselona" klubunun argentinalı futbolçusu Lionel Messi "World Soccer" jurnalının versiyasına əsasən 2012-ci ilin ən yaxşı futbolçusu seçilib.AZXEBER.COM-un məlumatına görə, L.Messi artıq bu mövsüm 88 qol vuraraq əfsanəvi alman futbolçu Herd Müllerin rekordunu yeniləyib. Qeyd edək ki, Herd Müller 1972-ci ildə rəqib qapılarına 86 qol vurmuşdu.