2013-cü il Türkiyədə tanınmış simalar üçün uğursuz başladı. Məlumata görə, cari ilin ilk ayında siyasət, mətbuat, idman və şou-biznes dünyasından 12 məşhur adam vəfat edib.İlk olaraq yanvarın 4-də “Sev Kardeşim” mahnısının ifaçısı Şenay Yüzbaşıoğlu 61 yaşında vəfat edib.Yanvarın 6-da tanınmış yazıçı, “Ağır Roman” əsərinin müəllifi Metin Kaçan 52 yaşında intihar edib.Yanvarın 12-də tanınmış kino və teatr aktrisası Alev Sururi 84 yaşında vəfat edib.Yanvarın 16-da məşhur türk rəssam Burhan Doğançay 83 yaşında vəfat edib.Yanvarın 17-də tanınmış yazıçı, jurnalist və teleaparıcı Mehmet Əli Birand 71 yaşında vəfat edib.Yanvarın 19-da tanınmış teatr aktyoru və rejissoru İsmət Hürmüzlü 97 yaşında vəfat edib.Eyni gün ölkənin tanınmış yazıçısı, akademiki, jurnalisti professor Toktamış Ateş 68 yaşında vəfat edib.Yanvarın 20-də ölkə ictimaiyyətinin “Deprem Dede” (Zəlzələ baba) kimi tanıdığı “Kandilli” rəsədxanasının sabiq direktoru professor Əhməd Mete İşıkara 71 yaşında vəfat edib.Yanvarın 21-də Türkiyənin tanınmış ədəbiyyatçısı İsmət Kür 100 yaşında vəfat edib.Eyni gün aktyor Savaş Akova 65 yaşında vəfat edib.Yanvarın 28-də müğənni Ferdi Özbeyen 71 yaşında dünyasını dəyişib.