2014-cü ildə yoxa çıxan Malayziya təyyarəsinin başına gələnlər sirr olaraq qalsa da, nəhayət bir iz tapılıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ehtimal olunur ki, təyyarənin harada olduğu artıq müəyyən olunub.
Kardiff Universitetinin tədqiqatçıları 10 ildir tapılmayan Malayziya təyyarəsinin qəzaya uğradığı güman edilən saatlarda Avstraliyada bir sualtı dinləmə stansiyasında 6 saniyəlik siqnalın qeydə alındığını və bunun məlumat olduğunu açıqlayıblar.
Beləliklə, bu məlumat təyyarənin qəzaya uğradığı nöqtəni və vaxtı dəqiq göstərə bilər.
Bu qədər kinetik enerjinin minlərlə kilometr uzaqlıqdakı sualtı mikrofonlarla qeyd oluna biləcəyini bildirən tədqiqatçılar bölgədə iki sualtı dinləmə stansiyasına diqqət çəkiblər.
Tədqiqatçılar Birləşmiş Millətlər Təşkilatının Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsini izləmək üçün müşahidə mərkəzi kimi qurulan iki stansiyanın Britaniyanın dəniz kənarındakı Dieqo Qarsiya adasında və Avstraliyanın Cape Leeuwin bölgəsində yerləşdiyini bildiriblər.
Xatırladaq ki, Malayziya Hava Yollarına məxsus MH370 reysi 8 mart 2014-cü ildə Malayziyanın Kuala Lumpur Beynəlxalq Hava Limanından Çinin paytaxtı Pekinə qalxıb və təyyarə ilə son əlaqə havaya qalxdıqdan 38 dəqiqə sonra olub.
Ordu radarlarına düşən təyyarənin planlaşdırılan marşrutdan qərbə çıxaraq Hind okeanının cənubuna doğru uçduğu bəzi radar qeydlərində öz əksini tapıb.
227 sərnişin və 12 ekipaj üzvü olan təyyarənin Cənubi Hind okeanında qəzaya uğradığı güman edilən nöqtələrdə aparılan axtarışlar aviasiya tarixinin ən bahalı axtarış-xilasetmə əməliyyatı olub. Ancaq bəzilərinin MH370-ə aid olduğu müəyyən edilən təyyarənin hissələri istisna olmaqla, təyyarənin izinə rast gəlinməyib.
Mikayıl