Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqesin “DÇ-2014”də Uruqvayın qapısına vurduğu qol ötən ilin ən yaxşısı seçilib.
AZXEBER.COM-un məlumatına görə, oxu.az xəbər verir ki, ilin ən yaxşı qolu FİFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermənin yekun nəticələrinə əsasən seçilib.
Qeyd edək ki, bu mükafata digər namizədlər İrlandiya millisinin və “Pimaunt Yunayted”in qadın futbolçusu Stefani Roç və Robin van Persi (Hollandiya, “Mançester Yunayted”) idi.