AZXEBER.COM 4charx.com-a istinadən bildirir ki, yeni variant LWB S-Class (5246 millimetr) versiyasından təxminən 200 millimetr uzundur. Bu o deməkdir ki, arxa kürsülərdə oturmuş sərnişinlər üçün salonda daha geniş məkan təklif ediləcək. Yeri gəlmişkən, daxildə salon həm adi, həm də 2+2 variantında konfiqurasiya oluna bilər. Kapotun altında? ehtimal ki, 530 a.g. və 830 Nm fırlanma anı hasil edən 6,0 litrlik tvin-turbo V12 mühərriki yerləşəcək.
Əgər şayiələr doğrudursa? onda bu yeni avtomobil üçün almanlar Maybach adını dirçəldəcəklər. Maraqlıdır ki, ekstra uzadılmış versiyadan sonra uzunluğu 6 m olacaq daha bir variant çıxa bilər. Söhbət 2+2+2 konfiqurasiyaya malik Pullman-dan gedir.
Yeri gəlmişkən? 2015 Mercedes-Benz S600 Maybach bu ayın sonunda Pekində Auto China 2014-də təqdim ediləcəyi istisna edilmir.