Rusiyadan öldürülən azərbaycanlı gəlinin atası: İnanmıram — VİDEO

Rusiyadan öldürülən azərbaycanlı gəlinin atası: İnanmıram —  VİDEO
KRİMİNAL
18:19 30.05.2016
11034

Rusiyada toyundan bir həftə sonra itkin düşən və bir neçə gün əvvəl əri tərəfindən öldürüldüyü məlum olan Gülnar Vəliyevanın meyiti bu gün baba ocağına gətirilib.

23 yaşlı gəlin Masallı rayonunun Ərkivan qəsəbə qəbristanlığında torpağa tapşırılıb. Rusiyadakı universitetlərdən birinin stomatologiya ixtisasının 1-ci kurs tələbəsi olmuş Gülnar Vəliyevanın Sankt-Peterburqda aprelin 22-nə keçən gecə itkin düşdüyü deyilirdi.

Yaxınları bildirir ki, Samir və Gülnar aprelin 15-də evləniblər və bundan sonra qız həyat yoldaşının “Marşal Jukov” prospektində yerləşən mənzilinə köçüb. Bir həftə sonra isə cavan gəlin yoxa çıxıb. Baş verən hadisə barədə danışan Gülnarın atası Samirin Gülnarı sevərək evləndiyini və institutda oxumağına mane olmadığını, amma çox qısqanc olduğunu, anası ilə əlaqə saxlamağa icazə verdiyini deyib. Atanın bildirdiyinə görə, ailənin Samirin 2004-2009-cu illərdə Rusiyada həbsdə olmasından xəbəri olmayıb. Ona görə qız itkin düşəndə valideynlərin ürəyinə xal düşsə də qarşı tərəf əksinə, Vəliyevləri günahlandırıb.

“Ata-anası başladı ki, 1-ci gündən, “biz bilmirik, bizlik deyil. Bizim xəbərimiz yoxdur. Samir deyir ki, bəlkə, sevəni olub, onunla qaçıb”. Dedim, sən onu il yarımdır tanıyırsan”, - deyə qətlə yetirilən gəlinin atası Şücaət Vəliyev bildirib.

Gülnardan 11 yaş böyük olan həyat yoldaşı 34 yaşlı Samir Həbibov may ayının 26-da istintaq tərəfindən saxlandıqda hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyini söyləsə də zərərçəkən tərəf buna inanmır və ona ən ağır cəza tələb edir.

““Zaryadnoyu” istədim, dedim onu ver, vermədi, mən də vurdum, uşaq dəydi harasa, özündən getdi deyir. Mən amma inanmıram. Burada başqa nəsə var. Qoy müstəntiqlər araşdırsın. Cəzasını alsın qanunla”, - deyə Gülnar Vəliyevanın atası söyləyib.

Ötən həftə gənc gəlinin həyat yoldaşı Samir Həbibov həyat yoldaşının qətlində şübhəli bilinərək saxlanılıb. İndi onu törətdiyi əmələ görə Rusiya qanunvericiliyinin müvafiq maddələri ilə 15 ilədək həbs cəzası gözləyir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda