xari

Sabah yağış yağacaq

SOSİAL
13:30 06.03.2016
1462
Martın 7-da Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə və gündüz 85-95 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın bəzi yerlərdə yağıntılı olacağı, axşam əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1-6° isti, gündüz 12-17° isti olacağı ehtimal edilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacaq, axşam tədricən kəsiləcək. Mülayim qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusarda arabir yağış yağacaq, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 10-15° isti, dağlarda gecə3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçalanda arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Səhər dağlarda duman olacaq, şimal-şərq küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı ehtimal edilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:30 19.01.2021

“Rəqəmsal ödənişlər və elektron bankçılıq” adlı ilk dərslik və onun tədris proqramı işıq üzü gördü

18:57 19.01.2021

Hökumətdən 190 manatlıq birdəfəlik ödəmə ilə bağlı - Açıqlama

18:10 19.01.2021

ABŞ-da əcnəbi vətəndaşların ölkəyə giriş qaydaları dəyişir

17:48 19.01.2021

Türkiyə vətəndaşlarının Azərbaycana hansı sənədlərlə səfər edəcəyi müəyyənləşdi

17:23 19.01.2021

Mirdaməd Sadıqov vəfat etdi

17:16 19.01.2021

Gənclər üçün yeni iş imkanı yarandı

17:12 19.01.2021

Ağstafanın həbsdə olan icra başçısı və müavininin məhkəməsi təxirə salındı

16:39 19.01.2021

Dövlət başçısı: “Bizi dəstəkləyən təşkilatlara və ölkələrə təşəkkür edirik”

16:38 19.01.2021

Nurlan İbrahimov "Qarabağ"dan ayrıldı

16:31 19.01.2021

Prezident: "Şuşa hələ çox beynəlxalq tədbirlər görəcək"

16:30 19.01.2021

Bakı Nəqliyyat Agentliyi sürücülərə müraciət edib

16:29 19.01.2021

İlham Əliyev: “Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”

16:28 19.01.2021

"Hansı əxlaqdan danışmaq olar ki, indi bütün dünya işğalçıların törətdiyi dağıntıları görür"

16:26 19.01.2021

İlham Əliyev Türk Şurasının Baş katibini videoformatda qəbul edib

16:21 19.01.2021

Belarusda vaksinasiyaya start verilir

15:59 19.01.2021

Cəsədləri axtaran erməni hərbçilər özlərinin basdırdıqları minaya düşdülər