Nazirdən yeni rəis təyinatı

SİYASƏT
14:20 20.06.2015
2155
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib.

AZXEBER.COM AzVision.az-a istindən xəbər verir ki, tutduğu vəzifədən azad edilən Zəngilan Rayon Polis Şöbəsinin rəisi Səyyəddin Səfərovun yerinə yeni təyinat olub.

Belə ki, Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Astara rayon Polis Şöbəsinin rəis müavini Ənvər Həsənov Zəngilan rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Ənvər Həsənov əslən Zəngilan rayonundandır.

OXŞAR XƏBƏRLƏR