Mobil telefon istifadəçilərinə xoş xəbər!

İQTİSADİYYAT
14:55 29.04.2015
3207
Azərbaycanda yaxın günlərdə mobil operatorlararası qoşulmaların qiyməti 0,05 manatdan 0,03 manatadək azaldılacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
Nazirin sözlərinə görə, bu qərar ölkədə mobil rabitə xidməti üzrə tariflərin ucuzlaşmasına xidmət edir: "Hazırda biz bazarda rəqabət mühitinin yaxşılaşdırılması üzrə iş aparırıq. Ölkədə mobil rabitə xidmətləri üzrə tariflər dövlət tərəfindən tənzimlənmir. Onlar operatorlar arasında rəqabət əsasında formalaşır".

OXŞAR XƏBƏRLƏR