Dollar yenə bahalaşdı – CƏDVƏL

İQTİSADİYYAT
11:25 10.03.2015
3334
Mərkəzi Bank son rəqəmləri açıqladı.
Bu gün də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi bahalaşıb.
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 10-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0491 manat səviyyəsində müəyyən edilib.
Bu martın 6-da olan məzənnədən 0,0001 manat və ya 0,01% çoxdur.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0239 manat və ya 2,07% ucuzlaşaraq 1,1327 manat olub.

OXŞAR XƏBƏRLƏR