2 milyondan çox azərbaycanlının banklara borcu var

İQTİSADİYYAT
16:36 06.02.2015
1475

Mərkəzi Bank məlumat yaydı.

2013-cü illə müqayisədə 2014-cü ildə cəmi borcalanların sayı 18,61%, başqa sözlə, 363 544 nəfər artaraq bu ilin yanvar ayının 1-nə 2 mln. 316 min 540 nəfər təşkil edib.

AZXEBER.COM xəbər verir ki, APA-nın Mərkəzi Banka istinadən məlumatına görə, cəmi borcalanlardan 10 min 775 nəfəri hüquqi, 2 mln. 285 min 226-sı fiziki şəxs, 20 min 509 nəfəri sahibkarlıq subyektidir.

Statistik məlumatların təhlili göstərir ki, fiziki şəxslər arasında borcalanların sayı kəskin artır. Belə ki, 2014-cü ilin yanvarın 1-dən cari ilin yanvarın 1-dək 359 029 fiziki şəxs borcalanların siyahısına daxil olub. Hesabat dövründə borcalan hüquqi şəxslərin sayında 673 nəfər, sahibkarlıq subyektlərinin sayında isə 3 812 nəfərlik artım olub.

Təkcə noyabr ayı ilə müqayisədə dekabrda bankdan kredit götürən fiziki şəxslərin sayında 26 165, sahibkarlıq subyektlərinin sayında 429, hüquqi şəxslərin sayında isə 55 nəfərlik artım olub.

OXŞAR XƏBƏRLƏR