Sevin ki, gününüz olsun

MARAQLI
01:58 14.02.2015
4128

Hacıbəy Heydərliİnsan yarandığı gündən ona verilən ən asan sual budur: Sevgi nədi?

Bu elə bir sualdır ki, ona hər kəsin cavabı var.

Hər kəsin cavabı olsa da, əslində cavabsız sualdır sevgi...

Sevgi bir anda dəyişmək və ya yenidən doğulmaqdır.

Sevgi hiss etməkdir, sevmədiyin bir şeyi sırf sevgilin istəyir deyə etməkdir.

Sevgi qarşındakına görə yaşamaq, ona görə özünə əzab vermək və özünü ona görə xoşbəxt etməkdir.

Sevgi paylaşmaqdan doymadığın və paylaşılması mümkün olmayan hisdir.Sevgi sığınmaqdır, ən çətin anında belə kiməsə güvənmək, xoşbətlik nədirsə onunla birlikdə axtarıb tapmaqdır.

Ən çətin anında belə həyata bağlanmaq, hər şeyə və hamıya rəğmən məcburən yaşamaqdır, sevgi...Sevgi ədalətsizliyə, haqsızlığa üsyan edən, onunla savaşıb, sonda qalib gələn yeganə vasitədir...

Sevgi məni və səni biz edən ən müqəddəs şeydir.

Məhz buna görə də sevgi 2 nəfərlikdir.

İnsanı var edən, həyata bağlayan, yaşamaq üçün stimul verən, hər şeyə rəğmən ümidli olmağa vadar edən, hər şeyi unutdurub səni xatırladan hissdir, sevgi

Sevgi həm də nifrətdir, elə bir nifrət ki, onu yalnız 1 şəxsə edə bilirsən...

Sevgi həm də yalnızlıqdır elə bir yalnızlıq ki, onu yalnız özünlə paylaşa bilirsən...Və nəhayət sevgi elə bir şeydir ki, əgər həmin şəxs sənə cavab vermirsə, qələmə sarılıb, ürəyini ağ vərəqə boşaldırsan...

p.s. Bu gün sevənlərin günüdür, siz də sevin ki, gününüz olsun...

OXŞAR XƏBƏRLƏR