Prezident 2 milyon manat ayırdı

SİYASƏT
18:41 01.08.2014
1434
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Xoreoqrafiya Akademiyası binasının layihələndirilməsi haqqında sərəncam imzalayıb.ANS PRESS-in məlumatına görə, sərəncamda qeyd olunur ki, Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi ilə bağlı layihələndirmə işlərini təmin etmək üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Mədəniyyət və Turizm Nazirliyinə 2 milyon manat ayrılsın.
OXŞAR XƏBƏRLƏR