Bürclər bu həftəyə nə deyir? - PROQNOZ

MARAQLI
17:50 15.04.2014
4430
Said Əmin Nurtəbrizidən  “Bürclərə məsləhət” (14-20 aprel)
QOÇ  bürcü
Qoçlar, yaşanacaq hadisələri dürüst qiymətləndirin. Bədbin olmayın, hər şeyin pis olduğunu düşünməyin. Nəticələr çıxarmağa tələsməyin. Yaranmış situasiyanı sakit, təmkinlə təhlil edin. Durumda mütləq şəkildə xoş yönlər var. Mühüm sənədlərin imzalanması, bahalı əşyaların alınması və ya satılması üçün əlverişli həftə deyil. 
Həftənin  ikinci yarısında ünsiyyət çətinləşəcək. Qərar və əməllərinizdə ardıcıl olun. Yaxşı tanımadığınız insanlarla təmaslardan imtina edin.
BUĞA bürcü
Buğalar, bütün diqqəti işə yönəldin. Peşəkar fəaliyyət müstəvisində uğurlar, karyerada irəliləyişlər istisna deyil. Müttəfiq və ya tərəfdaş tapmaqla bağlı çətinliklər yaranmayacaq. Onlar ideyalarınızı bölüşür, qazancla çox maraqlanmırlar. 
Hüquqi məsələlərin həlli, mühüm sənədlərin imzalanması üçün əlverişli zamandır. 
Həftənin ikinci yarısında yaxınlarınızdan biri ilə münasibətlərdə gərginlik yaranacaq. Əhvalınız sürətlə dəyişəcək. Yaxın ətrafınızdakı insanlar bütün bunların səbəblərini anlamırlar. Qəfil təklif ala bilərsiniz. Uzun-uzadı düşünmədən, dərhal razılaşın.
 ƏKIZLƏR bürcü
Əkizlər,lazım olandan artıq danışmayın. Sirrlərinizi bölüşməyin, planlarınızı paylaşmayın. Aqressiv, qıcıqlı olmayın. Sizə dəyər verən insanların xətrinə dəyməyin. 
Yaşlı qohumlarla fikir ayrılıqları ola bilər. Onlar həyata baxışlarınızı anlamırlar. Bu  həftə  başlanacaq romantik münasibətin perspektivi var. 
Axşamları  ailənizlə keçirməyə çalışın.
Xərçənglər, işgüzar aktivlik səviyyəsini artırın, fəal olun. Peşəkar fəaliyyət müstəvisində irəliləmək istəyirsinizsə, süst və ətalətli davranmayın. İşlərinizi başqası görməyəcək - buna güvənməyin. 
İşgüzar tərəfdaşlarla münaqişəyə səbəb olacaq hesablama səhvləri etməyin. Ümid etdiyiniz məbləğdə gəlir olmayacaq. 
Həftənin ikinci yarısında çətinliklərə rəğmən bədbinliyə qapılmayın. Ruh yüksəkliyi ilə çalışın. Unutmayın ki, nikbinlik sizi daha cazibədar edəcək.
ŞİR bürcü
Şirlər, böyük və önəmli işə, genişmiqyaslı layihəyə başlamaq üçün düşərli zamandır. 
Tələskənlik etməyin, qərar qəbul etməzdən əvvəl yaxşı düşünüb-danışın. Bundan başqa, bəzi məsələlərdə bilərəkdən astagəl davranın, vaxtı uzadın. Belə olarsa, yaranmış problemləri daha effektiv həll edə bilərsiniz. 
Həftənin ikinci yarısı problemləri qeyri-standart həll etməyə meylli insanlarla danışıqlar üçün yaxşı vaxtdır. Onlarla müzakirələr imkanlarınızı artıra bilər. Əsəbləriniz tarıma çəkilə bilər. Təmaslarda diqqətli olun. Sizdə antipatiya yaradan insanlardan uzaq durun.
QIZ bürcü
Qızlar, işlər və situasiya pis deyil. Bədgüman olmayın. İşlərinizlə məşğul olun, özünüzə süni şəkildə yeni problemlər yaratmayın. İşdə həmkarlar və rəhbərliklə dərin ixtilaflar yaratmayın. 
Evdə münasibətlərin gərilməsi yaşanarsa, günahkar siz olacaqsınız. Sadəcə, qarşı tərəfi dinləməyi bacarın. İnanın ki, o adamın sözlərində faydalı məqamlar az deyil. 
Həftənin  ikinci yarısında məqsədə çatmaq üçün iradəli və qətiyyətli olun. Hədəfi nəzərdən qaçırmayın. 
Karyera və peşəkar fəaliyyət müstəvilərində əhəmiyyətli irəliləyişə nail ola bilərsiniz. Yaradıcı yanaşma tələb edən işlərdə astagəllik etməyin. Vaxtınızı boş işlərə xərcləməyin.
 
  TƏRƏZİ bürcü
Tərəzilər, kiçik problemlər, anlaşılmazlıqlar ola bilər. Sonradan peşman olacağınız səhvlərə yol verməyin, yanlışlıqların əsirinə çevrilməyin. Problemlərin ümumi cəhəti var: onlar zahirən göründükləri kimi ağır, müşkül deyillər. İxtilaflarla fikir ayrılıqlarını ürəyinizə salmayın. Yanınızdakı insanlar haqlı olduğunuzu az sonra dərk edəcəklər. 
Həftənin ikinci yarısında işlər gözləndiyindən artıq olacaq. Müəyyən planlardan imtina edərək, bir qədər çox çalışmalı olacaqsınız. Yaxşı tanımadığınız insanlarla çox səmimi olmayın. Onlar sizdən öz maraqları üçün yararlanmağa can atırlar.
 Axşamlar aktiv istirahət pis olmaz.
                 
 ƏQRƏB bürcü
Əqrəblər,ulduzlar sizə fenomenal uğurlar vəd etməsə də, pis həftə deyil. Uzun müddətdən bəri görmədiyiniz insanlardan biri ilə görüşə bilərsiniz. Ayrılıqdan sonra onunla  ortaq məxrəcə gəlmək və yenidən ünsiyyətə girmək şansları az deyil. 
Bu həftə  maliyyə baxımından da  uğurludur. Gəlir əldə edə bilərsiniz. 
Həftənin  ikinci yarısında sevdiyiniz insan  və  onunla  bağlı xoş olayla qarşılaşacaqsınız. Gələcəklə bağlı planlar qurmaq, yaşamda dəyişikliklərə başlamaq olar.
OXATAN bürcü
Oxatanlar,ciddi problemlər və xoşagəlməz olaylar vəd edən həftədir. Təmaslarda, əlaqələrdə diqqətli olun. Etibara layiq olmayan insanlara inanmağınız başınıza iş aça bilər. 
İşdə rəhbərliklə fikir ayrılıqları istisna deyil. İşgüzar tərəfdaşlarla münasibətlərdə soyuqluq yarana bilər. Ruhdan düşməyin, bədbinləşməyin. Az sonra uğur əldə edəcəksiniz.
 Həftənin kinci yarısında məşğul olduğunuz işin formasına diqqət yetirin. Detalları nəzərdən qaçırmayın, səliqəli olun. Qərarlarınızda soyuqqanlı olun. Aldığınız işgüzar təklifləri dəyərləndirməyə tələsməyin. Əslində onlar ilk baxışdan göründükləri kimi maraqlı və yaxşı deyillər. 
Axşamlar  aktiv istirahəti seçin.
OGLAQ bürcü
Oğlaqlar,sayıq, sərvaxt olun. Mühüm, maraqlı, önəmli hadisələr baş verə bilər. Yaşanan olayların detallarını nəzərdən qaçırmayın. Gördüklərinizi təhlil edin. Faktları dürüst müqayisə etsəniz, rəqiblərinizi çox geridə qoyacaq  qərar qəbul edə bilərsiniz.
Həftənin  ikinci yarısında səhv etmək çox asandır. Şəxsi münasibətlərdə ciddi problemlər yarana bilər. Dəyər verdiyiniz əlaqələr pozula bilər. 
Maliyyə fonu stabilliyi ilə fərqlənmir. Tələsik qərarlar verməyin.
DOLÇA  bürcü.
Dolçalar,ağır və mürəkkəb problemlərin həlli üçün münasib zamandır. Diqqətli və ciddi olun. Qərarlarınız təmkinli, addımlarınız düşünülmüş olmalıdır. Ətrafınızdakı insanların bacarmadıqları işlərin öhdəsindən gələ bilərsiniz.Yeni tanışlarınıza etibar etməyə tələsməyin. Onların əksəriyyəti sizi yarı yolda qoya bilər. Vədlərə inanmayın. 
Həftənin  ikinci yarısında təşəbbüskar olun. İdeyalarınızı səsləndirməkdən çəkinməyin. 
Səfər, səyahət, yaşam arealının dəyişdirilməsi üçün əlverişli zamandır. İmiclə eksperimentlər aparmaq olar.
BALIQ  bürcü
Balıqlar, bu həftə  sizlər üçün  mürəkkəb və yorucu  ola bilər. Heftənin ilk yarısında prioritetləri dəqiq müəyyənləşdirə bilsəniz.Bir çox problemlərin yaranmasının qarşısını ala bilərsiniz. İşgüzar aktivliyinizi artırın. Planları köklü şəkildə dəyişməyə dəyməz. 
Peşəkar fəaliyyət müstəvisində duran məsələlər təcili həllini tələb edir. Xərclər istisna deyil. Nəyin bahasına olursa-olsun, hansısa əşyanı almağa can atmayın. 
Həftənin ikinci yarısında sevdiyiniz insanla fikir ayrılıqları, şəxsi münasibətlərdə problemlər yaranacaq. Dəyər verdiyiniz insanlarla dil tapmağa çalışın.Dəvət aldığınız bütün tədbirlərə qatılmayın.
OXŞAR XƏBƏRLƏR