Ramil Usubovdan yeni rəis təyinatı

Ramil Usubovdan yeni rəis təyinatı
Bütün Xəbərlər
15:21 06.02.2014
2180

Fəqan Azadəliyev Goranboy Rayon Polis Şöbəsinə rəis göndərilib

Daxili işlər naziri Ramil Usubovun əmri ilə Yardımlı Rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyev vəzifəsindən azad edilib. Nazirin fevralın 5-də imzaladığı başqa bir əmrlə isə Fəqan Azadəliyev Goranboy Rayon Polis Şöbəsinə rəis göndərilib.Qeyd edək ki, Fəqan Azadəliyev 2012-ci ildən Yardımlı rayonunun polis rəisi olub. O, bu posta Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisliyindən gətirilmişdi.Bölmə rəisliyindən rayon polis şöbəsinin rəisi vəzifəsinə irəli çəkilən F.Azadəliyevi 30-cu bölmədə deputat Aqil Abasın oğlu Tuncay Abbasov əvəz etmişdi.
OXŞAR XƏBƏRLƏR