Bu gün günorta saatlarında İranın Xorasan Rəzəvi vilayətində zəlzələ baş verib.
APA-nın Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, təbii fəlakətin episentri İranın Xorasan Rəzəvi vilayətinin Neqab şəhərinə təsadüf edib.
4,2 bal gücündə olan zəlzələ dekabrın 27-də Bakı vaxtı ilə saat 15:25-də yerin 8 km dərinliyində meydana gəlib. Təbii fəlakət Neqabdan 25 km, Coğataydan 37 km və Səbzevardan 37 km uzaqlıqda baş verib. Dağıntı və tələfat barədə məlumat yoxdur.