Türkiyənin daxili işlər naziri Müammər Gülər istefa verib.
AZXEBER.COM xəbər verir ki, məlumatı rəsmi “Anadolu” agentliyi yayıb.M.Gülər bununla bağlı deyib:“17 dekabrda baş nazirə işdən azad edilməyim barədə istəyimi bildirmişdim, bu gün isə yazılı olaraq vəzifədən getməklə bağlı müraciət etdim”.M.Gülərin oğlu Barış Gülər dekabrın 17-də İstanbul polisinin keçirdiyi rüşvət və korrupsiya əməliyyatı zamanı həbs edilib. Məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib.