Polislər şəhərdəki kazinolardan birində əməliyyat keçirib.
Türkiyənin İqdır vilayətində şəhər jandarm idarəsi qaçaqmalçılıq və mütəşəkkil cinayətkarlıqla mübarizə şöbəsinin polisləri şəhərdəki kazinolardan birində əməliyyat keçirib.
AZXEBER.COM Anspress-ə istinadən xəbər verir ki, yerli “Pirus” qəzeti məlumat verir ki, əməliyyat nəticəsində fahişəliklə məşğul olan 8 əcnəbi qadın saxlanılaraq polis bölməsinə aparılıb.
Məlumata görə, onlardan 7 nəfəri – E.H., N.A., S.A., E.E., R.G., S.A., A.H. azərbaycanlı, 1 nəfər A.T isə qırğızıstanlı olub.
Qadınların hər biri bu ölkədən deportasiya olunublar.